Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çaylardakı mövcud vəziyyət araşdırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, avqustun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 90 m3/s və ongünlük normanın 74 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.1 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 77 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 2, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2013-cü il avqustun 29-da 341 sm), Şirvanda 143 sm (2013-cü il avqustun 29-da 198 sm), Salyanda 75 sm (2013-cü il avqustun 29-da 135 sm), Bankədə 182 sm (2013-cü il avqustun 29-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2013-cü il avqustun 29-da 62 sm) təşkil edir.

Aysel Kərimova







29 Avqust, 2014  16:01 Baxılıb: 602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner