Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Qaraxanlı ziyalıları ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri olan Qaraxanlı kəndində müəllim ailələrini ziyarət edib. Millət vəkili gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkilinə məlumat verilib ki, bu il otra məktəbi bitirən 30 nəfərdən 20 -i ali məktəblərə qəbul olunmq üçün müraziət etmiş onlardan 10 nəfəri yaxşı ballarla ali məktəblərə daxil olmuşlar. Bundan başqa texnikumlara daxil olan gənclər də var. Bu götəriciləri müsbət adlandıran və müəllimləri təbrik edən millət vəkili Qaraxanlı məktəbinin hər zaman fərqləndiyini söyləyərək gələn il bundan daha da yaxşı nəticələr gözləyəcəklərini və buna ümid etdiyini deyib. Qənirə Paşayeva bu il tələbə adını qazanmış gəncləri ayrıca təbrik edəcəyini vurğulayaraq, teknikuma, peşə məktəblərinə üz tutan gənclər və onların göstəriciləri ilə də maraqlanıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər Qaraxanlı kəndinin məktəb binasının çox ağır vəziyyətdə olması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Məktəni ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib.

Simsar.az

 






29 Avqust, 2014  15:42 Baxılıb: 2278 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner