Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nizamidə “Açıq qapı” - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları ilə bağlı, işəgötürənlərin məlumatlandırılması işlərini davam etdirir. Bu məqsədlə avqustun 29-da Bakının Nizami rayonunda da nazirliyin “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin diqqətinə çatdırıblar ki, əmək müqavilələri bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına, onların sosial təminat və gələcəkdə layiqli pensiya təminatı hüquqlarına malik olmalarına şərait yaradacaq. Bununla yanaşı, EİS-də işəgötürənlər onlar üçün nəzərdə tutulmuş xidmətlərdən istifadə etməklə bağladıqları, dəyişiklik etdikləri və ya xitam verdikləri əmək müqavilələri barədə statistik məlumatlara sahib olacaqlar.

Qeyd olunub ki, bu sistem respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq. Burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi və s. barədə məlumatlar toplanacaq. Belə bir məlumat bazası isə əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa, real məlumatlar əsasında gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının hazırlanıb həyata keçirilməsinə imkan verəcək.

EİS-dən istifadə ilə bağlı işəgötürənlərə praktik bilgilər verilib, onların sualları cavablandırılıb, bildirişlərin qeydiyyatdan keçirilmə proseduru əyani şəkildə nümayiş etdirilib. EİS-ləbağlı metodiki göstərişlərin, müvafiq yardımçı materialların ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, nazirliyin "142- Çağrımərkəzi"nin  bu sahə ilə bağlı sualları cavablandırmaq üçün  funksiyalarının gücləndirildiyi, həmçinin EİS-dən istifadə ilə bağlı işəgötürənlər üçün bölgələrdə “Yardımçı masaları” nın yaradıldığı diqqətə çatdırılıb.

Vüsal Qarayev






29 Avqust, 2014  14:45 Baxılıb: 638 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner