Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bərzaniyə qanlı mesaj: İŞİD peşmərgənin başını kəsdi - VİDEO

İŞİD, İraqda vuruşduğu kürd qüvvələrinə xəbərdarlıq olaraq, bir kürdün başını kəsərək videosunu yayıb.

“Qandakı Mesaj” adlı videoda peşmərgələr olduğu bildirilən əsir geyimində insanlar görünür. Görüntüdə İŞİD militanları, 4 əsiri güllələyərək öldürür. Daha sonra Mosulda bir məscidin önündə, əsirlərdən birinin başını kəsir.

Videoda kürd liderlərin ABŞ-ı dəstəkləməyə davam edəcəyi təqdirdə, digərlərinin də başının kəsiləcəyi deyilir.

“İŞİD bizdən güclüdür”

Qanlı video, narıncı geyimlərdə olan Peşmərgələrin danışıqları ilə başlayır. İŞİD bayrağı önündə kürdcə danışan ərbilli peşmərgə Həsən Məhəmməd Haşim, “İslam Dövlətinin həm sayca, həm də silah-sursat baxımından bizdən üstün olduğunu gözlərimlə gördüm”, deyərək İŞİD-ə təriflər yağdırır. Haşim daha sonra, “Başda Məsut Bərzani olmaqla bütün kürd millətinə, ailəmə və dostlarıma səslənirəm, Kürdüstan hökumətindən və millətimizdən istəyimiz ABŞ hakimiyyətilə qurduğu ittifaqı tez sonlandırması və Amerikanın bölgəyə qarışmasına icazə verməməsidir. Həyatımız sizin verəcəyiniz qərardan aslıdır. Xalqdan bu ittifaqın pozulması üçün küçələrə çıxmalarını istəyirəm. Ən kiçik bir səhv bizim həyatımız bahasına başa gələ bilər” - deyə, davam edib.

Obama, bu dəfə sənin sonun olacaq

Peşmərgənin edam edilməsindən öncə, ABŞ prezidenti Barak Obamya səslənən İŞİD silahlısı, “Mənim burden 2 mesajım var. Birincisi Rumların atası Obamayadır. Ey səfeh, əsgərlərini və xalqını İraq bataqlığına necə bir daha sürüklədin? Yoxsa silah tacirləri və neft şirkətləri uğrunda qurban verdiyiniz minlərlə əsgəri unutdunuzmu? Mücahidlərlə vuruşmaları nəticəsində qolu, ayağı qopan əsgərlərinizi unutdunuzmu? ABŞ iqtisadiyyatı böhrandan çıxdımı? Başqa bir böhran yaratmaq istyirsən. Amma Allahın izni ilə bu dəfə sənin sonun olacaq” - deyə danışıb.

Qeyd edək ki, cənubi İraqda peşmərgə gücləri, İŞİD-i dayandırmağa çalışır. ABŞ, kürd qüvvələrinə havadan dəstək verir. İŞİD bu görüntülərdən bir neçə gün öncə, əsir aldığı suriyalı əsgərlərin cəm halında öldürülməsini yaymışdı.

Vüsal Qarayev






29 Avqust, 2014  13:38 Baxılıb: 753 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner