Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Suğra Bağırzadənin fərdi sərgisi açıldı

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış florist, Əməkdar Artist Suğra Bağırzadənin “Floristika” mövzusunda fərdi-yaradıcılıq sərgisi açılıb.

Simsar.az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Xalq Şairi Fikrət Qoca və digər çıxış edənlər sərginin fərqli olduğunu, burada maraqlı əsərlərin nümayiş edildiyini söyləyiblər.

Bildirilib ki, Suğra Bağırzadə əsərlərində çiçəklərin dilini, fəlsəfəsini anlatmağa çalışır. O, solmuş çiçəklərə həyat verir, onlara əbədiyyət qazandırır.

Suğra Bağırzadənin yaratdığı “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər diqqətə çatdırıblar ki, o, ölkəmizdə floristika sənəti üzrə məktəb yaradan ilk insandır. S.Bağırzadə bununla da ölkəmizdə bu sahənin inkişafına və yayılmasına töhfə verir.

Floristika sənətinin vaxt və səbir tələb etdiyini vurğulayan natiqlər bildiriblər ki, sərgiyə gələnlər incəsənətdə yeni bir sahənin mükəmməl formada işlənmiş nümunələri ilə tanış olacaqlar.

Sonra tədbir iştirakçıları sərgiyə baxmışlar.

Üç gün davam edəcək sərgidə Suğra Bağırzadənin əsərləri ilə yanaşı, 12 tələbəsinin də işləri nümayiş olunur.

 

Günel







29 Avqust, 2014  08:51 Baxılıb: 1003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner