Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukrayna hökuməti: “Rusiya bizi rəsmi surətdə işğal etdi”

NATO, mindən çox Rusiya əsgərinin Ukrayna sərhədindən içəri girdiyini açıqlayıb. Rəsmi Kiyev Rusiyanı işğalda günahlandırarkən, Moskva isə sərhəddə aktiv əsgərinin olmadığını iddia edib.

Krım yarımadasını beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq özünə birləşdirən, Ukraynanın şərqində separatçılara dəstək verən Rusiya, əsgərlərini Ukrayna sərhəddindən içəri soxub. Ukrayna prezidenti Petro Poroşenko, ölkənin şərqindəki Amvrosiyivka ilə Starobeşeve bölgələrinə, Rusiya Silahlı Qüvvələrinə aid birliklərin girdiyini açıqlayıb. Açıqlamadan sonra, Türkiyə ziyarətini təxirə salan Poroşenko, Milli Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Krım ssenarisi

Poroşenko, Ukraynanın Avropa Birliyi Şurasına da, təcili toplantı keçirməsi üçün təklif edəcəyini bildirib. Ukraynanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (AGİT) daimi təmsilçisi İhor Prokpçuk, Rusiyanı işğalda günahlandıraraq, “Vəziyyət ciddi şəkildə pisləşdi. Rus gücləri Novoazovsk və başqa qəsəbələri də işğal etdi. Krımda test edilən ssenari, indi Ukraynanın şərqində təkrarlanır. Bu gün işğala şahidlik edirik” - deyib.

NATO Kiyevi dəstəkləyir

Rusiyanın AGİT səfiri Andrey Kelin “Ukraynada Rusiya əsgəri yoxdur” deyərkən, NATO-dan Kiyev hakimiyyətini dəstəkləyən açıqlamalar verilib.

Peyk görüntüləri yayımlayan NATO, Ukrayna sərhədindən içəri mindən çox Rus əsgərinin girdiyini açıqlayıb. NATO böhran mərkəzindən Niko Tak, Rus əsgərlərinin seperatçılarla birlikdə vuruşduğunu bildirib. Tak, iki həftədir sərhəddəki Rus əsgərlərinin sayının hər gün artdığını deyib.

Sərhəddəki “Reuters” müxbiri, silahlı adamlar və zirehli texnikanın sərhəddən 3 kilometr içəri girdiyini bildirib. Geyimlərində heç bir rütbə, işarə olmayan bu silahlıların çadırına Rusiya istehsalı olan Mi-8 tipli helikopterin enməsi, silahlıların Rus ordusuyla bağlantılı olduğu iddiasını gücləndirir. Birliyin Ukrayna qəsəbəsi Starobeşevedə üsyançılara yardım etdiyi iddia edilir.

Vüsal Qarayev







29 Avqust, 2014  08:50 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner