Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İllər sonra Qəzzaya YARDIM

Dünya Qida proqramı (WFP) Qəzza blokadasının başladığı 2007-ci ildən bəri ilk dəfə Misirdən Qəzzaya yardım çatdırıb.

Simsar.az xəbər verir ki, WFP-dən verilən yazılı açıqlamada, yardım karvanının Rəfah Sərhəd Qapısından keçərək Qəzzaya apardığı yardımın 150 min nəfərin 5 günlük qida ehtiyyacını ödəyəcəyi bildirilib. Karvanın, 18 yük maşınından ibarət olduğu bildirilən açıqlamada, ikinci karvanın bir neçə gün içində Qəzzaya göndəriləcəyi vurğulanıb.

Açıqlamada fikirlərinə yer verilən WFP Bölgə Direktoru Mohaməd Diab, son yaşanan qanlı hadisələrdən ziyan görən insanların artan ehtiyyaclarını ödəmək üçün, Qəzzaya fərqli marşrutlardan yardım çatdıra bilmənin önəmli olduğunu bildirib.

WFP-nin döyüşlərin başladığı iyuldan bəri Qəzzada 350 min qaçqın düşən insana günlük qida yardımı etdiyi yazılan açıqlamada, təşkilatın qida yardımı fəaliyyətlərinə davam edə bilməsi üçün qarşıdan gələn 3 il üçün 70 milyon dollar ehtiyyacı olduğu qeyd edilib.

Qeyd edək ki, Misirin vasitəçiliyiylə Qahirədə həyata keçrilən atəşkəs danışıqları nəticəsində İsrail ilə Fələstinli qruplar arasında dünən qalıcı atəşkəs anlaşmasına nail olunmuşdu. İsrailin 7 iyulda başlatdığı və 51 gün davam edən hərbi əməliyyatlarında 2 min 145 fələstinli ölüb, 11 min nəfər isə yaralanıb.

Vüsal Qarayev







28 Avqust, 2014  18:40 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner