Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Çempionlar Liqasında sistem dəyişir

2015-ci ildən etibarən Çempionlar Liqası püşk atmasında ilk torbada, UEFA sıralamasındakı ilk 7 ölkənin çempionlarıyla, Çempionlar Liqasının son çempionunun olması planlaşdırılır.

UEFA, 2015-2018-ci illərdə Avropa kuboklarıyla bağlı, UEFA sıralamasındakı ilk 12 ölkənin kubok çempionlarının birbaşa Avropa Liqası qruplarına qatılması kimi önəmli dəyişikliklərin olcağını açıqlamışdı. Lakin çox önəmli bir dəyişiklik hələ ki, rəsmən açıqlanmayıb. Bu dəyişiklik də, Çempionlar Liqası qrup püşk atması öncəsində torbalarda hansı klubların yer alacağı sistemidir. Hazırkı sistemələ klublar UEFA reytinqinə görə sıralanır. Çempionlar Liqasının son çempionu ilə xalı ən yüksək 7 klub ilk torbada yer alır. UEFA, ilk torbadakı klubların UEFA sıralamasındakı ilk 7 ölkənin çempionları və Çempionlar Liqasının son çempionundan ibarət olması yönündə iş aparır. Yeni sistemin, bu püşkatmada həyata keçrilməzsə, ən gec sentyabrda açıqlaması planlaşdırılır.

Yeni dəyişikliklə bu sezonku kimi 3 İspaniya (Real Madrid, Barselona, Atletiko Madrid), 2 ingilis, 2 Portuqaliya klubunun yer aldığı ilk torba nümunəsi yaşanmayacaq. Hətta biri Çempionlar Liqası çempionu, biri ölkə çempionu olmadıqca Real Madrid-Barselona, Çelsi-Arsenal, Porto-Benfika kimi klublar da ilk torbada yer almayacaq.

UEFA-nın daha öncə açıqladığı dəyişikliklər isə bunlardır

- Avropa Liqası çempionu Çempionlar Liqası play-off-una gedəcək. Çempionlar Liqası çempionu öz ölkə liqasından da birbaşa qruplara qoşulma haqqı alarsa, Avropa Liqası çempionu bir başa Çempionlar Liqası qruplarına qatılacaq.

- Avropa Liqası çempionuna Çempionlar Liqasına çıxma haqqı verilməsiylə, bir ölkədən ən çox 5 klubun Çempionlar Liqasına qoşulmasına icazə veriləcək. Bu say əvvəl 4 idi.

- Bu sezon Avropa Liqasına play-off oynamadan birbaşa qatılma sayı 6 idi. Bu say 16-ya çıxarılacaq.

- UEFA sıralamasındakı ilk 12 ölkənin kubok çempionu Avropa Liqasına birbaşa qatılacaq. Kubok çempionu liqa göstəricisiylə Çempionlar Liqasına qatılma haqqı əldə edərsə, o ölkənin Avropa Liqasına ən yüksəktən qatılma haqqı kubok finalistinə yox, liqada Çempionlar Liqasına qatılma haqqının bir pillə aşağısındakı kluba veriləcək.

- Avropa Liqasına hər ölkədən ən çox 3 klubun qatılmasına icazə veriləcək.

- Yarı finallar bitdikdən sonra, verilən sarı kartlar ləğv ediləcək.

Vüsal Qarayev







28 Avqust, 2014  16:34 Baxılıb: 921 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner