Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Osmanlıların Belqradı fəthi - Tarixdə bu gün

Belqrad Avropanın bir çox yerlərini Vyana və Butapeştdən İstabnbula və Ön Asiyaya çıxan yolların üzərində qurulan bir şəhərdir. Tarix boyu bir çox müharibələrə meydan olan bu yerə Türklər Balkanlarda yerləşdikdən sonra Darülcihad adını vermişdilər. Avropanın kilidi sayılan bu şəhərə, Osmanlıla tərəfindən üç səfər təşkil olunub.

Birinci Belqrad səfəri Sultan II Muradın dövründə 1441- ci ildə olub və Evrenosoğlu li Bəy altı ay Belqradı mühasirədə saxlayıb. Lakin yoluxucu epidemiyanın artması və çox saylı itginin olması Osmanlıların mühasirəni dayandırması ilə nəticələnib.

İkinci Belqrad səfəri Fateh Sultan Məhməd Xan tərəfindən edilib. Qızğın döyüşlərin birində Fateh Sultan Məhmət Xanın dizindən yaralanaması  və əsgərlərin yorğunluğu Belqrad mühasirəsinin aradan qaldırılıb, ordunun geri çəkilməsinə səbəb olub.

Mühasirə zamanı Rumeli bəylərbəyinin kürəkəni Dayı Karaca Paşa və Yeniçəri ağası Həsən Ağa şəhid olur. Qarşı tərəfdən isə, Hunyadi Yanoş ilə Papanın nümayəndəsi Giovanni Capistrano çox ağır yaralanaraq, aldıqları yaranın təsiri ilə biri 11 avqustda, digəri 23 oktyabrda ölür. Bu iki adamın Xristianlığa son xidmətləri; Avropanın kilidi olan bu şəhərin Osmanlılar tərəfindən fəthini 65 il gecikdirməsi dir. Ancaq Osmanlılar, Belqradı fəth etmək üçün fürsət axtarmağa başladılar.

Qanuni Sultan Süleyman Xan taxta keçdikdən sonra, bütün xarici dövlətlər elçilər göndərərək  onu təbrik etdilər. Macarıstan bunu etmədiyi azmış kimi, ödədiyi illik vergini də göndərmədi. Sultan Süleyman Qanuninin göndərdiyi elçi ilə yə pis rəftar edən Macarıstan kralı ikinci Layoş, vergi ödəməyi rədd edir, Bəhram Çavuşu da ödürtdürür. Bundan sonra Sultan ilk səfərinə çıxır. Hədəf Belqrad qalası idi. Macar kralı ordusuna çox güvəndiyi üçün vergi ödəməyi rədd etmişdi. Digər tərəfdən vergi göndərsə Osmanlı Padşahını tanımış olacaqdı. Bu tarixlərdə Belqrad, Macarıstan krallığının Türk torpaqlarına doğru uzanmış bir qalası idi. Osmanlı sərhədlərinin şəhərə uzaqlığı isə iyirmi kilometr idi. Şəhərin cənub-şərqində Rumeli bəylərbəyine bağlı sancaqlardan olan Serbiya krallığının keçmiş mərkəzi Səməndirə yerləşdirdi.

Səfər Hazırlıqlarını böyük bir sürətlə tamamlayan Qanuni Sultan Süleyman 1521- ci ilin mayın 18- də İstanbuldan ayrıldı və iki günə Ədirnəyə çatdı.

İyulun 7-də Qanuni Sultan Süleymanın rəhbərlik etdiyi Türk ordusu, Bögürdələn qalasını fəth etdi. Bu qala, Sultan Süleyman Qanuninin ilk fəth etdiyi qaladır. İyulun 9-da Sava çayı üzərindən keçişi təmin etmək üçün böyük bir körpünün inşasına başlandı və inşaata şəxsən Sultan nəzarət etdi. İyulun 12-də Qazi Xosrov bəy, Zemlin qalasını fəth etdi. Beləcə Belqradın şimalda Macarıstan ilə əlaqəsi kəsilmiş oldu. 9 gün içində Sava körpüsünün inşası tamamlandı və iyulun 18-də ordunun əsas hissəsi o biri sahilə keçməyə başladı. İyulun 26-da Qanuni Sultan Süleyman da qarşı tərəfə keçdi. Yaxşı təşkil olunmuş döyü hazırlıqları və Türk əsgərlərinin inadla apardığı mübarizə nəticəsində 1521- ci ilin avqustun 28-də qala mühafizəçiləri qalanı tərk etmək məcburiyyətində qaldılar.

Fəthin ertəsi günü Qanuni Sultan Süleyman, böyük təntənə ilə şəhərə daxil oldu. O gün Cümə günü olduğu üçün böyük kilsə məscidə çevrilərək namaz qılındı və Sultan adına xütbə oxundu. 19 gün Belqradda qalan Sultan, qalanı iki yüz topla möhkəmləndirdikdən və Macarlar tərəfindən alınmaz hala gətirdikdən sonra, sentyabrın 18-də İstanbula dönmək üçün şəhərdən ayrıldı.

Tuna ilə Savanın birləşmə nöqtəsi olan Belqradın Osmanlıların əlinə keçməsi ilə, Macarıstan düzənliyi Türklərə açılmış oldu. Belqradın alınması ilə ətrafındakı bütün qala, palanka və qəsəbələr təslim olub, Osmanlı Dövlətinə qatıldılar. Belqradın fəthi, Avropada böyük əks-səda doğurdu. Çünki bura Xristianlıq aləmində ələ geçirilemez qalalardan biri kimi qəbul edilirdi. Xristianlığı qoruyan set olaraq qəbul edilən Belqradın təslimi, Avropa ölkələrini gələcək mövzusunda qayğı və narahatlıqlara sövq etdi. Birinci Ferdinandın elçisi Busberq, bu fəthdən otuz il sonra bunları yazdı: “Belqradın işağlı, Macarıstanın daha sonra içinə düşdüyü acı vəziyyətin başlanğıcı olmuşdu.

Həqiqətən də bir neçə il sonra Qanuni yenidən Macarıstan üzərinə yürüş etdi. Xristianlar növbəti dəfə məğlub oldular və Macarıstan ortadan qalxdı. Budi əyalətinin qurulmasından sonra, Belqrad bir sancaq  kimi onun tərkibinə qatıldı.

Belqrad, Osmanlıların zamanında; Məscidlər, mədrəsələri, imarət və şühəda ziyârətgahları, müsəlman əhalisi və binalarının inşa tərzi ilə bir Türk şəhərinə çevirildi. Türk idarəsində olduğu 357 il ərzində yalnız bir baza kimi qalmamış, uzaq ölkələrlə alver edən bir ticarət mərkəzi olmuşdu. Övliya Çələbinin bildirdiyinə görə; on yeddinci əsrdə Belqradda 217 məscid, 7 məscid, 8 mədrəsə, 6 karvansaray, 21 han, 3700 dükan, bir çox pazaryeri və bedesten, 600 də sebilhâne vardı. Daha sonra şəhərin uğradığı istilâlar və üsyanlar, bu arxitektura əsəri bir çoxunun yıxılmasına və xarab olmasına səbəb olub.

 






28 Avqust, 2014  09:49 Baxılıb: 1891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner