Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Suriyada hər cümə baş kəsirlər

BMT müfəttişləri, Suriyada həm Şam hökumətinin, həm də İŞİD-in bir-birilərilə mübarizədə müharibə cinayəti və insanlığa qarşı cinayət işlətdiklərini açıqlayıb.

BMT-nin Cenevrədən yayımlanan 45 səhifəlik raportuna görə, İŞİD xalqa açıq ərazilərdə edam, qamçılma kimi üsullarla qorxu kampaniyası həyata keçirir. Hökumət gücləri isə xalqa qarşı kimyəvi silahdan istifadə edir.

Cümə günləri - İŞİD-in qətliam günü

İŞİD, tabeliyindəki Suriya ərazisində, cümə günləri insanların sıx toplaşdığı yerlərdə edam, orqan kəsmə, qamçılama kimi cəza tədbirləri həyata keçirir. Raporta görə, uşaqlar daxil, mülki şəxslər bütün bunları izləməyə məcbur edilir. Bildirilir ki, öldürülənlərin cəsədləri günlərlə nümayiş etdirilir, geyim qaydalarına riayət etməyən qadınlar qamçılanır. Kürdlərin Suriyanın şimalından zorla çıxarıldığının qeyd edildiyi hesabatda, media nümayəndələrinin hədəf seçildiyi bildirilir.

Komissiyanın hesabatında, “Hökumət, müharibə cinayətləri və insanlığa qarşı cinayət işlətməyə davam edir. Yanvar -iyul aylarında hər həftə yüzlərlə kişi, qadın və uşaq hökumətin fərq qoymadan mülkilərin yaşadıqları ərazilərə atdığı raketlər və barrel bombalarıyla öldürülüb” - deyə bildirilir.

Bəzi sübutlara görə mülkilərin toplaşdıqları yerlərin qəsdən, qətliam baş verəcək şəkildə bombalandığının açıqlandığı sənəddə, kontrol nöqtələrindəki əsgərlərin, yaralıların xəstəxanalara getməsinə mane olduqları qeyd edilir.

O da bildirilir ki, bəzi bölgələrdə xəstəxanalar hədəf alınmağa davam edir.

Kimyəvi silahlardan istifadə edildi

Hesabatda, hökumət qüvvələrinin bu ilin aprel-may aylarında Suriyanın qərbindəki 8 fərqli hadisədə kimyəvi silahdan sistifadə etdiyi bildirilir. Bu kimyəvi silahın böyük ehtimalla xlor qazı olduğu açıqlanıb.

“Qarşıdurmanın daha çox yayılma riski açıq şəkildə ortadadı” ifadəsinin yer aldığı raport, 20 yanvar – 15 iyul tarixləri arasında edilən 480 müsahibə və toplanan sənədlərə əsaslanır.

BMT-dəki mətbuat konfransında açıqlama verən Suriya Mütəqil Araşdırma Komissiyası Sədri Paulo Pinheiro, “Döyüşlər qanuna və vicdana hörmət göstərmədən dava edərkən hər gün yüzlərlə mülki həyatını itirir” - deyib.

Vüsal Qarayev







28 Avqust, 2014  08:38 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner