Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səlimiyyə məscidindəki qapısız otağın sirri

Memar Sinanın sənətkarlıq əsəri olan Səlimiyyə Məscidində, pəncərəli, ancaq qapısı olmayan bir otaq tapılıb.

Ya memar Sinanın dövründə tikildiyi, ya da sonradan qapısının divarla hörüldüyü düşünülən otağın sirrini açmaq üçün hərkətə keçilib. Vəqf Bölgə Rəhbərliyinin nümayəndələri minarələrin olduğu hissədə yerləşən otağı araşdıracaqlar. Sementlə bağlanan hissə sökərək, hörülən daşların tarixini öyrənməyə çalışacaqlar.

Səlimiyyə Məscidi

Ədirnənin və Osmanlının simvolu sayılan Səlimiyyə Məscidi, şəhərin mərkəzində, keçmişdən Sarıbayır və Kavak Meydanı deyilən məkanda yerləşirdi.

II Səlimin əmri ilə 1568-1575- ci illərdə tikdirilən sultan məscidi, çox uzaqlardan nəzərə çarpan quruluşu və tikildiyi yerin seçimi ilə, həm də Memar Sinanın usta bir şəhərsalma mütəxəssisi olduğunu göstərirdi. Məscid kəsmə daşdan hazırlanan, iç hissəsi ilə birlikdə 620, ümumilikdə 2 min 475 kvadrat metrlik bir sahəni əhatə edən bir abidə olaraq dəyərləndirilir. Səlimiyyə Məscid, memari xüsusiyyətlərinin əlçatmazlığı, daş, mərmər, çini, taxta sədəf  kimi bəzək xüsusiyyətləri ilə diqqət çəkən bir abidədir.

Günel

 

 






26 Avqust, 2014  15:40 Baxılıb: 1623 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner