Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Alman şirkətindən Afrikaya yarım milyonluq İNVESTİSİYA

Almaniyanın təşkilatlar üçün proqram təminatı istehsalçısı “SAP” 2020-ci ilədək Afrikaya məhsullarının tanınmasına 500 milyon dollar yatırmağı planlaşdıraraq perspektivdə qitədə satışını kəskin artırmağa ümid edir.

Simsar.az-ın məlumatına görə, “SAP”-ın Keniya, Nigeriya, Anqola və Mərakeşdə reklamına xüsusi diqqət yetiriləcək. Bir sıra ölkələrdə, o cümlədən Keniyada “SAP” məhsulları alıcılarına qrantlar təqdim olunacaq. Bundan başqa, CAR, Keniya, Nigeriya və Anqolada İT mütəxəssislərinin təlimləri təşkil ediləcək. Ümumilikdə şirkət 56 Afrika ölkəsinin 51-də fəaliyyət göstərməyi nəzərdə tutur.

Hazırda Afrikada 700 “SAP” əməkdaşı çalışır, 2015-ci ilin sonunadək onların sayının 250 nəfər artırılması planlaşdırılır.

“Business Insider” nəşri qeyd edir ki, digər texnoloji şirkətlər də Afrikaya fəal investisiya yatırır. Belə ki, 2013-cü ilin sonunda “IBM” şirkəti orada ilk elmi tədqiqi və təcrübi konstruktor işləmələri (R&D) laboratoriyasını açıb, "Google” şirkəti CAR-da günəş enerjisinin istehsalı üzrə layihəyə investisiya qoyub, "General Electric” 2018-ci ilədək regiona 2 milyard dollar yatıracağı ilə bağlı planlarını açıqlayıb.

“IDC” analitik şirkətinin proqnozlarına görə, 2014-cü il Afrikada İT bazarının kəskin artım ili olacaq. Hesabatda deyilir ki, informasiya texnologiyaları üzrə direktorların 57 faizi düşünür ki, qitədə İT sahəsində başlıca problem ixtisaslı İT mütəxəssislərinin çatışmazlığı ilə bağlıdır və bu problemi tezliklə yoluna qoymaq qeyri-mümkündür.

Aysel Kərimova







25 Avqust, 2014  19:32 Baxılıb: 618 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

14 Yanvar, 2021  09:55

29 Dekabr, 2020  11:54


25 Dekabr, 2020  13:09



24 Dekabr, 2020  11:56

24 Dekabr, 2020  10:59

23 Dekabr, 2020  09:44


21 Dekabr, 2020  10:34




16 Dekabr, 2020  16:36





13 Dekabr, 2020  14:38












27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33







sagbanner