Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MÜXBİR - SİYASİ KURSUN VƏTƏNDAŞI?..

QƏZETLƏRİN MÖVQEYİ VƏ MÜXBİRLƏRİN ŞƏXSİ FİKİRLƏRİ...

Simsar.az-ın əməkdaşı müxtəlif yönlü mətbuat orqanlarda çalışan həmkarlarının aprelin 2-də müxalifətin keçirdiyi etiraz aksiyasına münasibətlərini öyrənib. Sorğuda iştirak edən qəzet işçiləri vətəndaş mövqeyindən daha çox təmsil olunduqları mətbu orqanın siyasi kursundan çıxış edib.  
Amma saytımızın əməkdaşı onlardan hadisəyə jurnalist kimi yox, vətəndaş kimi münasibət bildirməklərini istəyib.
“Mərkəz” qəzetinin köşə yazarı Cəlil Cavanşir: “Sərbəst toplaşmaq azadlığı olmalıdır, bu azadlıq müxalifətə verilməlidir. Xalqın mitinq, aksiya keçirmək hüququ dəstəklənməlidir. Hər bir halda, Azərbaycana inqilab lazım deyil. Ancaq hakimiyyət müxalifətə aksiya keçirmək üçün yer verməlidir, bu, onların hüququdur. İnsanları basqıda saxlamaq olmaz. Aprelin 2-də keçirilən aksiyanı özüm də kənardan izləyirdim, polis insanlarla kobud və çox pis davranırdı. Belə olmaz, həmin polis də anlamalıdır ki, vətəndaşdır. Bu şəkildə insanlarla davranmaq, onların söz azadlığını əlindən almaq, aqressiya yaratmaq olmaz”.

“Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlı: “Polis aksiya keçirənlərlə çox qəddar davranırdı. Mağazanı sındıran adam var idi, o aksiyada iştirak edən deyildi, sadəcə, təxribat yaratmaq istəyirdi, öz gözlərimlə gördüm polis onu tutdu və buraxdı. Polis xanımlara qarşı da kobud və amansız davranırdı, elə jurnalistlərə də. Hər kəsin azad söz demək hüququ var”.
“Yeni Müsavat” qəzetinin kriminal şöbəsinin və mitinqlərdə reportyor qrupunun rəhbəri Elşən Balaxanlı: “Camaat hüququnu tələb edir, polisin kobud şəkildə bunun qarşısını alması çox pisdir”.
“Xalq” qəzetinin müxbiri Vaqif Bayramov: “Əgər keçirilən aksiya icazəlidirsə, çox yaxşı baxıram və müsbət qiymətləndirirəm, icazəsizdirsə, pis baxıram”.
“Caspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Əgər dövlət tərəfindən həmin aksiyanın keçirilməsi üçün icazə verilibsə, o zaman bu kimi aksiyaları mən də dəstəkləyirəm və çox müsbət qiymətləndirirəm. Əgər icazəsizdirsə, bu halda aksiyaların keçirilimsənini tərəfdarı deyiləm. Aprelin 2-də keçirilən aksiya kütləvi aksiya yox, kütləvi şəkildə qarşıdurma yaratmaq cəhdi idi və bu kimi aksiyaların insanların istirahət etdiyi bir vaxtda və yerdə keçirilməsi heç də yaxşı bir hal deyil”.






4 Aprel, 2011  20:48 Baxılıb: 1275 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43




sagbanner