Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili 1 aylıq maaşını İraq türkmanlarına bağışladı

“Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu cağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..! Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!

Əziz insanlarımız! Minlərlə İraq türkmanı son olaylarda öz evindən didərgin düşüb. Uluslararası təşkilatlar, ictimaiyyət isə susur... Onlar susur, çünki acını çəkən bizim insanımızdır!.. Bizim insanımızdır orada faciə ilə üzləşən... Tarixi sadəcə bir az varaqlamaq yetər ki, oradakı insanımızın qanı-qanımızdan, canı-canımızdan olan qardaş-bacılarımız olduğunu görək. Gəlin bir ürək kimi onların yanında olduğumuzu göstərək. Hər kəs gücünün çatdığı qədər...

Nə etməliyik? Məncə ilk öncə dünyanın hər yerində onların da səsi olmalıyıq. Onları unutmadığımızı, düşündüyümüzü, yanlarında olduğumuzu göstərməliyik. İkincisi, imkanı olan hər kəs gücü çatdığı qədər yardım etməlidir. Dünyadakı Türkman cəmiyyətləri onlara yardım üçün bank hesabları açıblar. Kərkük Kültür Dərnəyinin başqanı, imzası Azərbaycanda yaxşı tanınan dr. Şəmsəddin Kuzəçinin göndərdiyi həmin hesabları mən də paylaşıram. İmkanı olan insanlarımızdan kimin gücü nəyə çatırsa, o qədər yardım edə bilər. Bilirəm dövlətimizdə bəzi qurumlar tərəfindən müəyyən yardımlar olunur və İraqdakı soydaşlarımız bunu çox yüksək dəyərləndirir. Amma onların daha çox yardıma ehtiyacı var və biz gücü,imkanı çatan hər birimiz gücümüzün çatdığı qədər bu yardımları etməliyik. Söhbət təkcə yardımın həcmindən də getmir, bizim onları nə qədər düşündüyümüzdən gedir. Hər zaman bir sıra zəngin insanın öz millətlərinin çətin anlarında verdiyi dəstək, göstərdiyi yardımlardan bəzən qibtə, bəzən həsədlə danışan qardaş-bacılarımız! Bizim də zəngin insanlarımız az deyil. Dünyada türk kökənli zəngin insanlara səslənirəm! İraqda bu gün köçkün vəziyyətinə düşən, ağır günlər yaşayan insanlar bir başqası deyil, qanı-qanımızdan, canı-canımızdan olan qardaşlarımızdır və o gün bu gündür! Qardaşın qardaşın yanında olmalı olduğu gün..! Bunu böyüyən nəsillərimizin milli tərbiyəsi və dünyaya mesaj vermək üçün də etməliyik. Onlara “Tək deyilsiniz! Biz varıq!” deməliyik və bunu əməlimizdə göstər¬məliyik. Mən özümün bir aylıq əmək haqqımı türkmanlara yardım cəmiyyətinə bağışladım. Bir az qənatlə yaşayacağıq – o qədər... amma aclıqdan, köçkünlükdən əziyyət çəkən qardaş-bacılarımızı internet üzərindən izlədikdən sonra... “daha çox şeylər etməliyik!” deyə düşünürəm və gücümün çatdığı qədər dostlara səslənir, yollar axtarıraram. İnanıram ki, onların səsinə səs verəcəksiniz və türkmanlara yardım cəmiyyətlərinə dəstəklərinizi əsirgəməyə¬cəksiniz. Bu cür işlərdə hər zaman öncüllük edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də inanıram ki, əlindən gələn dəstəyi əsirgəməyəcək.

Türkmanlara yardım təşkilatlarının hesab saylarını Sizinlə paylaşıram…

Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları

Vakıflar Bankası - Çankaya Şubesi –

Şube kodu: 281

TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı

TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına

“Türkmen mültecilerine bağış” yazaraq yatıra bilərsiniz.

Amma yardımlarınızı necə edə bilməklə bağlı problemləriniz yaransa Türkmeneli İşbirliği ve Kültür Vakfı telefonları ilə :0090312. 442 42 65 və 0090312. 433 43 73 veya 009.0533.2552660(Şemsettin Küzeci) (Türkiyə) əlaqə saxlaya bilərsiniz.

P.S. Bilirəm, yenə kimlərsə bu çağırışıma ağız büzəcək, kimlərsə tənqid edəcək, kimlərsə də, “bu bir reaklamdır” deyəcək, qoy desinlər – Tanrı hər kəsə öz ürəyinə görə versin. Amma ümid edirəm ki, insanlarımızın böyük bir hissəsi dəstəkləyəcək və İmkanı olanlar əllərindən gələn dəstəyi əsirgəməyəcəklər.

Simsar.az







25 Avqust, 2014  08:52 Baxılıb: 1118 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner