Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirərək külli miqdarda müxtəlif tərkibli narkotik maddəni dövriyyədən çıxarıb.

DİN-in mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinə Tovuz rayonunun Əyyublu kəndində narkotik maddə becərilməsi barədə məlumat daxil olub. Narkotik maddəni əkib becərməkdə şübhəli bilinən kənd sakini 26 yaşlı Əli Əliyev nəzarətə götürülüb. O, 11 kiloqram qurudulmuş marixuananı 2 min ABŞ dollarına satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları Əli Əliyevə məxsus torpaq sahəsinə baxış keçirərkən kartof kolları arasında əkilmiş xeyli sayda çətənə kollarını da aşkar edərək maddi sübut kimi götürüblər.

Əli Əliyev bildirib ki, marixuananı özünə məxsus əkin sahəsində xüsusi aqrotexniki qaydalara uyğun becərib. O, çətənə kollarını bir neçə ay əvvəl satış məqsədilə əkdiyini qeyd edib.

Yığılan narkotik tərkibli bitkilər yandırılaraq məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində bir kiloqramdan çox heroin, tiryək və həşiş qatranı da qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli şəxs qismində saxlanılan, Biləsuvar rayonunda anadan olmuş 30 yaşlı Fuad Əzizovun üstündə 350 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs tiryəki narkotik maddə alveri ilə məşğul olan tanışı Cavid Əsgərovdan aldığını bildirib.

Əməliyyat-axtarış tədbirlərini davam etdirən Baş İdarə əməkdaşları Cəlilabad rayonunda anadan olmuş 32 yaşlı Cavid Əsgərovu da yaxalayıblar. Onun evindən və həyətyanı sahəsindən ümumi çəkisi bir kiloqramdan çox olan tiryək, heroin və həşiş qətranı, eləcə də narkotik maddə çəkmək üçün nəzərdə tutulan üç elektron tərəzi də aşkarlanaraq götürülüb. Cavid Əsgərov narkotik maddələri həbsxanada tanış olduğu İran vətəndaşından aldığını və həyətyanı sahəsində qazaraq torpağa basdırdığını bildirib.

Hər iki şəxs əvvəllər də narkotik maddə satdıqları üçün məhkum olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb. İstintaq narkotik maddələrin mənbəyini və saxlanılan şəxslərin digər cinayət əməllərini araşdırır.






23 Avqust, 2014  14:42 Baxılıb: 693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner