Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Dünya çempionlarına verilən kubok oğurlandı

Braziliyada növbəti böyük oğurluq hadisəsi yaşanıb. Simsar.az xəbər verir ki, voleybol üzrə dünya çempionlarına verilən kuboklar oğurlanıb.

Hadisə 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyroda baş verib. Qarətçilər həm kişi, həm də qadın komandaları arasında keçirilən mundialın əsas mükafatlarına “sahib” çıxıblar.

Bu məlumatı Braziliya Voleybol Konfederasiyasından veriblər. Hər 2 kubok voleybolun populyarlaşmasına xidmət edən reklam aksiyası çərçivəsində məşhur Kopakabana çimərliyində nümayiş olunurmuş.

Oğrular da mükafatları onları daşıyan maşından ələ keçiriblər. Lakin qarətçilər kubokdan qazanc əldə edə bilməyəcəklər. Çünki onların heç bir qiyməti yoxdur. Bu da kubokların hazırlanması zamanı qiymətli materiallardan istifadə olunmaması ilə bağlıdır.

Yeri gəlmişkən, oğurlanan mükafatlara iddiaçılar arasında Azərbaycan millisi də var. Qadınlardan ibarət komandamız sentyabrda İtaliyada start götürəcək mundiala qatılacaq. Kişilər arasında dünya çempionatına isə Polşa ev sahibliyi edəcək.

Qeyd edək ki, 1970-ci ildə üçüncü çempionluğunu qazandığı üçün əbədi olaraq Braziliyaya verilən futbol üzrə “Qızıl İlahə” də 1983-cü ildə oğurlanıb və indiyədək tapılmayıb.







23 Avqust, 2014  12:26 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner