Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“LG” yeni ucuz smartfonlarını nümayiş etdirdi

“LG” şirkəti iki yeni ucuz smartfonunu nümayiş etdirib. “L Fino” və “L Bello” smartfonları gənclər, həm də ilk dəfə “ağıllı” telefon satın alanlar üçün nəzərdə tutulub.

Simsar.az xəbər verir ki, qurğuların dizaynı “LG”nin qabaqcıl “G3” smartfonuna oxşayır. Smartfonlar “Android 4.4.2” mobil əməliyyat sistemi ilə işləyəcək.

“L Fino” modeli 800 x 480 nöqtə (WVGA) təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaşla (microSD kartının köməyi ilə genişlənmə imkanı mövcuddur) təchiz olunub. Həmçinin 8 meqapiksellik arxa, 0,3 meqapiksellik ön kamera quraşdırılıb. Akkumulyator batareyasının tutumu 1900 milliamper/saat təşkil edir.

“LG Bello” smartfonu 854x480 meqapiksel təsvir ölçülü 5 düymlük “IPS” ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. 8 meqapiksellik əsas, 1 meqapiksellik ön kamera modulu quraşdırılıb. Akkumulyatorun tutumu 2540 milliamper/saat təşkil edir.

Qurğu, əsasən inkişaf etməkdə olan ölkələrdə satışa çıxarılacaq.

Günel







23 Avqust, 2014  10:24 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner