Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Keçmiş hakim rüşvətdə ittiham olunur

Azərbaycanda keçmiş hakimə əlavə ittiham elan olunub.

Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Həsən Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb.

Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib.  E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Onu da qeyd edək ki, prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.






23 Avqust, 2014  10:23 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner