Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Biləcəri də ağır yol qəzası: 1 ölü, 5 yaralı

Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Simsar.az məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı  "VAZ 2107" markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.

Baş verən qəza  nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü Hüseyn Bəylərov isə, hadisə yerindəcə dünyasını dəyişib.

Eyni zamanda zərbənin təsirindən  avtomaşın yararsız hala düşüb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.







23 Avqust, 2014  08:37 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner