Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbli çantları ölkədə istehsal olunmalıdırmı? – Ekspertlər

Yeni dərs ilinin başlamasına sayılı günlər qalır. Artıq ənənəvi olaraq məktəbli ləvazimatları satışında canlanma müşahidə edilir.

Müşahidələr göstərir ki, bir şagirdin vahid məktəbli forması, çanta, ləvazimat və dərsliklərlə təminatına orta hesabla 150-200 manat lazımdır. Təbii ki, keyfiyyətli mallar həmişə baha olub. Bazarlarda qiymətlər keyfiyyətə görə müxtəlifdir. Məktəblilərin ən çox ehtiyac duyduğu ləvazimatlardan biri də çantadır. Ancaq görünən odur ki, Azərbaycanda məktəbli çantası istehsalı, demək olar, yox səviyyəsindədir. Çantaya olan tələbat əsasən Çin və Türkiyə hesabına ödənilir. Halbuki, Çin istehsalı olan çantalar keyfiyyətsizdir. Ona görə də çox ucuzdur. Bu gün bazarlarda satılan Çin istehsalı olan çantaların qiyməti 12-30 manat arasında dəyişir. Ancaq Türkiyə, Rusiya və Dubaydan gələn çantaların qiyməti 30-50 manat arasında dəyişir. Elə mağazalar var ki, orada çantaların qiyməti 38 manatdan başlayır. Belə ki, 160-200 manata da çantalar satılır. Bir sözlə, çantaların qiyməti keyfiyyət və istehsal edilən ölkələrə görə müəyyənləşdirilib.

Bəs, məktəbli çantaları  ölkəmizdə istehsal olunmalıdırmı? Məsələ ilə əlaqədar mütəxəssilərin fikirlərini öyrənməyə çalışdıq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyyub Hüseynov deyir ki,  məktəblilərin  aksessuarlarının ölkəmizdə  istehsal olunması vacibdir, çünki Çindən, Tayvandan, Hindistandan cürbəcür neft tullantılarından, ikinci dəfə təkrar  istehsal olunmuş çantalar gətirilir. “Bunlar kiçik istehsalçıların həyatında öz mənfi izini qoyur. İstehlakç ılar pis qoxu gələn malları almasınlar. Maktəbli çantaları böyük çeşidlə istehsal olunmalıdır. Hər  hansı dövlət orqanı məhsul istehsal etdirib bazarda monopoliya yaratmamalıdır”.

AİB sədrinin fikrincə, bu istehlakçıların beynəlxalq hüquqlarına, seçim hüquqlarına ziddir. Məktəbli çantlarının müxtəlif çeşidlərlə istehsal olunması daha məqsədəuyğundur.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert İlqar Hüseynlinin fikrincə, sahibkarların  məktəbli çantaları istehsal  etməkdə maraqlı olmaları üçün yerli istehsalı stimullaşdırması əhəmiyyət kəsb edir. “Azərbaycanda bir məhsulun istehsalına başlananda çox vaxt  məhsulun qiyməti daxili bazarda artırılmış olur.

Bakı Tikiş Evinin istehsalından bəri tikilən  və satışda olan məktəbli formalarının qiymətlərindən də aşağı qiymətlər qoyulmalıdır. İstehsalçılar əlavə dəyər vergisindən azad olunarsa, onlara vergi güzəştləri tətbiq edilərsə, həm qiymətlərin ucuzlaşmasına, həm də daxili bazarda  özümüzün istehsalımıza nail olmuş olarıq”.

Ekspert belə bir addımın atılmasının ölkənin iqtisadi sisteminin güclənməsinə, yeni iş yerlərinin açılması kimi pozitiv tendensiyaların inkişafına səbəb olacağını bildirdi.

“Sahibkarlar məktəbli ləvazimatlarının hər birinin istehsalında maraqlı olmalıdırlar”.

“Sahibkarlar nəinki çanta, o cümlədən dəftər-qələmdən tutmuş, xətkeşə qədər məktəbli ləvazimatlarının istehsalında maraqlı olmalıdır. Xarici ölkələrdən – Çindən gətirilən malların keyfiyyətində ciddi problemlər var. Həmin çantalardan istifadə məktəblilərdə skolioz xəstəliyinin yayılmasında  başlıca amildir. Bu cür çantaların tikişi nəzərə alınarkən Səhiyyə Nazirliyinin də xüsusi sertifikatı, lisenziyası, təklifləri olmalıdır. Bununla uşaqlarda onurğa sümüyünün formalaşmasında, skolüoz xəstəliyinin qarşısının alınmasında əhəmiyyətli addım atılmış olardı”.

Sahibkarların kredit resurslarına çıxışı yaxşılaşsa, ölkədə yerli məktəbli çantası istehsalı artacaq. Bu zaman həm yerli istehsal stimullaşdırılacaq, həm də əhalinin bu cür ləvazimatlara olan tələbatı yerli istehsal hesabına ödəniləcək”.

 

Aysel Kərimova

 






22 Avqust, 2014  15:29 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner