Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Mütləq bir gün anlayacaqlar...

Bu öykünü tələbələrimə anlatmağı çox sevirəm və bütün gənc dostları, özəlliklə şagird və tələbələri oxumağa və düşünməyə səsləyirəm: “Bir şirkətdə çalışan gənc bir adamla tanış oldum. Gənc adam məndə müsbət təəssürat oyatmışdı. Özündən son dərəcə əmin, nə istədiyini bilən, iddialı bir adam idi. Gənc adam təhsil həyatını danışarkən universitetə daxil olma və bitirmə tarixlərini də söylədi.

Daxil olma və bitirmə tarixləri arasındakı müddət diqqətimi çək-mişdi. Bu müddət dörd ildən artıq idi. Əmin olmaq üçün mən bu tarixləri təkrarladığımda gənc adam dərhal açıqlama verdi: “Mən universiteti 5 ildə bitirdim... Çünki bir il kursda qaldım. Bu bir ildə bilgisayarçının yanında işləməyə başladım. Amma bu sinifdə qalma olayı  mənim  həyatımda  bir  dönüş  nöqtəsi  oldu.  Mən  bu  olay sayəsində həyatı öyrəndim.”

Mənim  maraqlandığımı  görüncə  gənc  adam  sözlərinə  belə davam etdi: “Oturub düşündüm. Öz-özümə suallar verdim: “Niyə universitetə  gedirəm?  Universitetdə  nə  öyrənirəm?  Universiteti bitəndən sonra nə olacaq? Mən həyatda nə edəcəyəm?” Bu, bir növ öz-özümlə hesablaşma idi. O zaman fərq etdim ki, universitetə şüursuz  halda  gedib-gəlirmişəm.  Dərslərdəki  məqsədimi  yanlış qoyduğumu anladım. Çünki dərslərdəki tək məqsədim qiymət almaq idi. Bayırda sadəcə tək bir gerçək şey vardı: Bilik (Bilmək)! Əgər bir şeyi öyrənmişsinizsə, bilirsinizsə, edirdiniz, yoxsa müştəri də, müdir də nə diplom görmək istəyirdi, nə də dərslərdən aldığınız qiyməti...

Dərslərə artıq bu şüurla getməyə başladım. Dərslərdən zövq alırdım. Öyrəndikcə qiymətin də avtomatik olaraq yaxşı olduğunu görürdüm. Universitetin qalan qismi çox zövqlü idi...”

Gənc adamla çox danışdım. Gerçəkdən də bu gənc yaşına görə yetkin birisi idi. Universitetdə oxuduğu zaman kursda qalsa da, həyat məktəbi keçmişdi. Bu gənc adamı məktəblərə, universitetlərə aparıb danışdırmaq istərdim. Çünki əhatəmdə, bəzən siniflərimdə (bəzən ustad siniflərində belə) öyrənmənin sirrini dərk etməmiş adamları gördüyümdə üzülürəm... Bütün məktəb, universitet müddətinə bir qiymət və diplom olaraq baxanları gördüyümdə, bu şüursuzluğa üsyan  edirəm.  Bu  tələbələr  zənn  edirlər  ki,  həyat  bir  gözəllik yarışmasıdır,  diplom  deyilən  kağız  parçasına  sarılıb  zirvəyə çıxacaqlar... Həm də bunun sayəsində kimsə onları seçəcək, yaxşı işlərə girəcəklər və pul qazanacaqlar. Ya da “ye, kürküm, ye” məsəli “ye, diplomum, ye” deyə süfrəyə qoyacaqlar. Bu bir gənclik röyası... Bunun bir nağıl olduğunu məktəbi, universiteti bitirdiklərində anlaya -caqlar. Bilmək, öyrənməkdən başqa çıxış yolu olmadığını, əlbəttə, bir gün görəcəklər. Bütün həyatı bir məktəb olaraq görmədikcə, öyrənmənin sirrinə varmadıqca heç bir şeyə vara bilməyəcəklərini bəlkə də çətin yolda... amma mütləq bir gün anlayacaqlar.”







22 Avqust, 2014  14:59 Baxılıb: 1290 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner