Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azərbaycanda məzhəblərarası gərginlik yaratmanın qarşısı alınır”

Bu gün Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninq keçirilib. Seminar İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə, Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində reallaşır.

Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.

Əvvəlcə “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub.

Tədbirin açılışında çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru  Elçin Əsgərov bildirib ki, bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə bir sıra ölkələrdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. “Lakin dünyaya örnək ola biləcək bu modeli sarsırtmaq üçün müxtəlif qüvvələr ölkəmizdə, xüsusən məzhəblər arasında gərginlik yaratmağa cəhdlər edir. Bu isə əksər hallarda radikal meylli dini cərəyanların əli ilə həyata keçirilir. Tarixən ölkəmizdə mövcud olmayan, müstəqlilliyin ilk illərdə ölkəmizə sızmış bir sıra cərəyanlar, dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər. Lakin istər dövlət səviyyyəsində, istərsə də yerli dini icmalar tərəfindən bunun qarşısı alınır. Ancaq bu o demək deyil ki, biz sadəcə seyrçi mövqeyində qalmalıyıq. Düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir ki, insanlar bu cür zərərli cərəyanların təsirinə düşməsinlər”

DQİDK-nın Dini Qurumlarla İş  şöbəsinin müdiri Niyaz Yaqublu çıxışında qeyd edib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu o demək deyil ki, bundan istifadə edən qüvvələrə göz yumulacaqdır. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaqdır. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır.

Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildirib ki, silsilə treninqlər avqust-sentyabr ayları ərzində davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar treniniqlərin Dövlət Komitəsi ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.

Açılışdan sonra ayrı-ayrı panellərdə davam edən seminar treninqlərdə mövcud sahə üzrə ixtisaslaşmış ilahiyyatçı ekspertlərin məruzələri dinlənilib. Məruzələr milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətlərini əhatə edib. Müzakirələr şəklində keçən seminarda son vaxtlar dünyada baş verən proseslərin fonunda Azərbaycanın tolerantlıq ənənələrini zərbə altına qoyan qeyri-ənənəvi radikal cərəyanların fəallaşmasından narahatlıq ifadə olunub.

 

Ülviyyə






22 Avqust, 2014  12:47 Baxılıb: 599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner