Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Baş nazir yəhudi və xristianları Həmasa qarşı birliyə çağırdı

İsrailin Baş naziri Benjamin Netanyahu Həmasla İŞİD-i eyni təşkilatın müxtəlif qolları adlandırıb. O, bu səbəbdən islam terror şəbəkəsi adlandırdığı bu iki təşkilata qarşı birgə mübarizə təklif edib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, o, terrorun nəinki İsraili, eyni zamanda ABŞ-ı, mülayim Ərəb ölkələrini və Avropanı təhdid etdiyini bildirib.

İsrail Nazirlər Kabinetindən verilən açıqlamada bildirilib ki, Qüdsdə ABŞ Senatı nümayəndəsi Darrel İssa ilə görüşdən əvvəl açıqlama verən Netanyahu, “Aşırı islamçı terror bütün dünyanı təhdid edir. Eyni islami terror şəbəkəsi ilə qarşı-qarşıyayıq. İŞİD Həmas, Həmas İŞİD deməkdir. Və mübarizəni birlikdə aparmalıyıq. Bu şəbəkəyə qarşı ortaq cəbhə formalaşdırılmalıdır”, fikirlərini dilə gətirib. O, Amerikalı müxbir və 3 yəhudi gəncin ölümlərini misal gətirərək 3 yəhudi cinayətində Həması günahlandırıb.

Bunun əksinə olaraq Həmas və həmçinin heç bir Fələstin qruplaşması cinayəti öz üzərinə götürməyib.

 

Ülviyyə Cövdətqızı







22 Avqust, 2014  11:07 Baxılıb: 655 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14





sagbanner