Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Simsar.az-ın məlumatına görə, qeydiyyat prosesi avqustun 8-də başlayıb. Hələlik ali məktəblərə qəbul olan 33690 nəfərdən 32107-si qeydiyyatdan keçib.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Aysel Kərimova