Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zərdablı qadınlar erkən nigaha “yox” dedilər

Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Sağlam həyat naminə erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Simsar.az  xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək gənc nəsil arasında ailə dəyərlərinin və milli adət-ənənələrin qorunub saxlanılması, sağlam həyat tərzinin formalaşdırılması sahəsində maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

AQUPDK-nın əməkdaşı Rafiq Mahmudov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə, Zərdab şəhər məscidinin axundu Hacı Feyzulla Tağıyev və başqaları erkən nikahın zərərli fəsadlarından, bu cür nikahın çox vaxt ailədə zorakılıq hallarının artmasına səbəb olmasından geniş danışıblar.

Diqqətə çatdırılıb ki, erkən nikah əsasən valideynlərin təsiri ilə baş verir. Yaşı nikah dövründən aşağı olan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar hansı seçimin düzgün olduğu barədə qərar verə bilmirlər.

Natiqlər erkən nikahın böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıraraq vurğuladılar ki, bu hal qızların psixologiyasına çox pis təsir göstərir. Bu cür qızlar ağır ailə məsuliyyətini öz zərif çiyinlərində daşıya bilmirlər.

Tədbirdə erkən nikah, onun ailələrdə, nəticə etibarilə cəmiyyətdə yaratdığı problemlərlə əlaqədar ətraflı müzakirələr aparıldı, bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin, təbliğat işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə erkən nikahın fəsadlarına dair videoçarx nümayiş etdirilib.

Vüsal Qarayev







22 Avqust, 2014  09:13 Baxılıb: 909 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner