Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Üç gün döyüş bölgəsində olmuş jurnalist veteranlar var”

Hadı Rəcəbli: “Biri evində oturduğu yerdə hardansa güllə gəlib ona dəyib, digəri döyüşlərdə yaralanıb”

Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya müsahibəsi komitənin gündəliyində duran bəzi məsələlərdən danışıb, sosial problemlərin həllilə bağlı çıxış yollarını göstərib.  

H.Rəcəbli bildirib ki, gündəlikdə bir neçə məsələ var. Bunlardan birincisi Ailə Məcəlləsinə əlavə və dəyişikliklərdir: “Nikaha girənlərin bir-birilərinin sağlamlıqları haqqında dəqiq məlumatlı olmalarından ötəri həkimdən arayış almasını zəruri edir”.

H.Rəcəbliyə görə ikinci sənəd «Sosial xidmət və sosial iş haqqında» qanun layihəsidir: “Bir sıra sosial xidmətlər dövlətdən alınıb QHT-lərə verilməlidir. Bu məsələlər qanunvericilikdə əksini tapacaq və hazırda müzakirə olunur.

H.Rəcəbli «Pasiyentin hüquqlarının müdafiəsi haqqında» qanun layihəsinin aktualllığından da danışıb: “Azərbaycanda pasiyentin hüquqlarının qorunması ilə bağlı qanun yoxdur. Baxmayaraq ki, belə bir qanun layihəsini komitəmiz 10 il əvvəl hazırlayıb. Amma o zaman təəccüblü olsa da, bu layihə parlamentdən keçmədi. O vaxtı reallıqlar, parlamentin səviyyəsi, dünyagörüşü indikindən fərqli idi. Ötən dövrdə biz bu layihə üzərində yenidən işlədik. Özəl səhiyyəyə müraciət edən pasiyentin bəzən hüquqları pozulur. Pul verir, lakin sağalmaq əvəzinə vəziyyəti daha da pisləşir. Məhkəməyə verir, əsası da olmur. Bu qanun hər bir tərəfin - pasiyentin, özəl və ya dövlət tibb müəssisəsinin hüququnu dəqiqləşdirəcək”.

Deputat həmçinin bildirib ki, ünvanlı sosial yardımların verilməsində Polşa modelindən istifadə olunur: “Zaman keçdikcə görürük ki, bu modelin forması dəyişməlidir. Ünvanlı sosial yardımlar bəzən insanlarda ələ baxımlılıq yaradır. Buna görə də sahibkarlıq fəaliyyəti qurulması üçün birdəfəlik yardımın verilməsi lazımdır. Bununla bağlı Dünya Bankı ilə işləyirik. Hazırda yardımların verilmə forması üzərində müzakirələr gedir”.

Müharibə əlilləri və veteranlarla bağlı yeniliklərə də toxunan H.Rəcəbli qeyd edib ki, hazırda Azərbaycanda 13 min 700 şəhid ailəsi, 11 min Qarabağ əlili var: “Müharibə veteranlarının sayı təxminən 76 mindən çoxdur. Bu gün əlində silah, 5 il vuruşub yaralanmayan veteranımız da var. Prezidentin tapşırığı əsasında da məhz veteranların təsnifatlandırılması və müharibə veteranlarının imtiyazlarının öyrənilməsi prosesi gedir. 20 yanvar əlili ilə Qarabağ müharibəsi əlili arasında fərq olmalıdır. Biri evində oturduğu yerdə hardansa güllə gəlib ona dəyib, digəri döyüşlərdə yaralanıb. Təsnifatlandırma deyəndə, öncə müəyyənləşdirilməlidir ki, kimlər əldə silah döyüşüb. Üç gün döyüş bölgəsində olmuş jurnalist veteranlar var, bunlar ayrılmalıdır. Könüllülər ayrılmalıdır. Bu isə o deməkdir ki, həmin şəxslərin veteran statusu özlərində saxlanılmaqla, fərqli imtiyazları olacaq”.







4 Aprel, 2011  17:26 Baxılıb: 1352 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner