Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rektorlar Kollegiyadan çıxarıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” 2007-ci il 12 mart tarixli qərarında dəyişiklik edib.

Simsar.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri  təhsil nazirinin müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.

Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinin Kollegiyasının üzvlərindən 2-nin adı yer almayıb. Gələcəkdə Təhsil Nazirliyinin təklifi ilə iki nəfərin də adı Kollegiyanın üzvləri sırasına daxil edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyinin Kollegiyasının tərkibi 13 nəfərdən ibarət olub. Bura təhsil naziri, təhsil nazirinin 4 müavini, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları, Azərbaycan Təhsil Problemləri İnstitutunun direktoru daxil olub.






21 Avqust, 2014  16:32 Baxılıb: 612 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner