Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Cəmil Həsənli: “Azərbaycanın regionda real addım atması mümkün deyil”

“Türkiyə vaxtında İraqa daxil olsaydı şübhəsiz ki, bu gün müşahidə etdiyimiz milli faciələr baş verməzdi”.

Bunu Simsar.az-a Demokratik Qüvvələrin Milli Şurasının (MŞ) sədri, tarix elmləri doktoru Cəmil Həsənli Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi haqında danışarkən deyib.

Rusiyanın “Şelepin” planı nə üçün idi?

Cəmil Həsənli bildirib ki, artıq 60 ilə yaxındır ki, kürd dövlətinin yaradılması barədə gizli və ya açıq planlar hazırlanır: “Vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK, KQB, indiki MTN) Aleksandr Nikolayeviç Şelepin adını daşıyan “Şelepin” planı var idi. Bu plan İraqın ləğv edilməsi üçün hazırlanmışdı. Plana əsasən, İraqın şimalında kürd dövləti yaradılmalı idi. Cənubu isə həmin dövrdə mövcud olan Birləşmiş Ərəb Respublikasının (BƏR) tərkibinə qatılmalıydı. Qərb dövlətləri, xüsusilə ABŞ bu plandan xəbərdar oldular və gerçəkləşməsinə imkan vermədilər”.

“Azərbaycan dövlətindən bir şey gözləməyin mənası yoxdur”.

Azərbaycanın İraqla birbaşa sərhədlərinin olmadığını deyən tarixçinin sözlərinə görə, sərhədlərin olmaması əlavə problemlər yaradır. Azərbaycanın qarşılaşdığı reallıq budur ki, 20% torpaqlar işğal altındadır: “Əgər Azərbaycan silahlı dəstə yaratmağı və hansısa ərazini azad etməyi bacarırsa ilk növbədə öz torpağından işğalçıları çıxarmalıdır. Amma Azərbaycan başqa köməklik edə bilər. Bu da mənəvi dəstəkdən, xalq diplomatiyasın işə salınmasından ibarətdir. Düzünü deyim ki, Azərbaycan dövlətindən bir şey gözləməyin mənası yoxdur. Bir tərəfdən dövlətin belə bir istəyi yoxdur, digər tərəfdən də rəsmi Azərbaycan bizim düşündüyümüzdən daha dərin köklərlə İsrailə bağlıdır. Ona görə Azərbaycanın bu bölgədə hər hansı bir real addım atması mümkün deyil”.

İraq türkmənlərinə real köməyi kim göstərməlidir?

“Türkiyə elə həmin dövrdə İraqa daxil olmalı idi”.

İraq türkmənlərinə real köməyi yalnız Türkiyənin göstərə biləcəyindən söz açan MŞ sədri bunları söyləyib: “Türkiyədən başqa heç bir türk dövləti İraqa kömək edə bilməz. Yadıma gəlir, İraq məsələsi ilk dəfə meydana çıxanda Türkiyə Xarici İşlər Nazirliyi bir dəyərləndirmə apardı. Mən də ora dəvət olunmuşdum. Türkiyə həmin dövrdə özünü elə aparırdı ki, sanki bir Latın Amerkası ölkəsində nəisə baş verirdi. Türkiyə elə həmin dövrdə İraqa daxil olmalı idi, burda söz sahibi olmalı idi. İraq Türkiyənin milli və strateji maraqlarının birləşdiyi bir regiondur. Türkiyə vaxtında İraqa daxil olsaydı bu gün müşahidə etdiyimiz milli faciələr şübhəsiz ki, baş verməzdi. Amma dövlətin nəsə etməməsi o demək deyil ki, adamlar əllərini yanlarına salıb heç nə etməməlidirlər”.

Hüseyn İbadlı







21 Avqust, 2014  15:46 Baxılıb: 988 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner