Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əfsanəvi “Okean Elzı” qrupu Bakıya gəlir

Sentyabrın 6-da Bakıda Yaşıl Teatrda Ukraynanın əfsanəvi “Okean Elzı” qrupu geniş konsert proqramı ilə çıxış edəcək.

Simsar.az xəbər verir ki, “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova “Okean Elzı” qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq.

D.Kazımova ilə, “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şou birləşdirir. 2014 ildə azərbaycanlı ifaçı Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos kraini” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni S.Vakarçukun komandasına qatılıb. D.Kazımova canlı efirdə “Okean Elzı” qrupunun “Bez boyu” mahnısını və Azərbaycan xalq mahnısı “Sarı gəlin”dən bir parça ifa etmişdir.

Qeyd edək ki, 2014-cü ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertləri canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konserti də böyük maraq doğuracaqdır.

Günel







21 Avqust, 2014  12:03 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner