Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə yezidi kürdlərə hümanitar yardım göstərir – Sabir Rüstəmxanlı

Bu gün Dünya Azərbaycanlıları Konqresi  (DAK) “Yaxın Şərq Olayları və İraq türkmənlərinin taleyi” mövzusunda dəyirmi masa keçirib.

Simsar.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri və DAK-ın həmsədri Sabir Rüstəmxanlı İraqda baş verən hadisələr və Bu ölkədə yaşayan türkmənlərın taleyi barədə danışıb.

VHP sədri bildirib ki, dünyanın bütün diqqəti (əslində isə diqqətsizliyi) Şərq ölkələri və İslam dünyası ilə bağlıdır: “Bu gün xristian dünyası qalıb bir kənarda, ancaq İslam dünyasında yaranan müxtəlif adlı qruplar, təşkilatlar bir-birlərinin düşməninə çevrilib. Bunun nəticəsidir ki, Şərq ölkələrində qan dizə qalxıb. Təkcə Kərkükdə 1 gündə 2000 insan qətlə yetirilib. O cümlədən digər şəhərlərdə də onlarla günahsız insan qətlə yetirilir. Qardaş Türkiyə dövləti bu insanlara heç bir yardım göstərmək istəmir. Əvəzində isə yezidi kürdlərə, o cümlədən Suriyadan köçən kürdlərə və digər xalqlara hər cür hümanitar yardım göstərir. İslam Şam İraq Dövləti adı altında yaranan terror təşkilatı İraqda bütün xalqlara, o cümlədən türkmənlərə qarşı əsl terror hadisəsi törədirlər”.

DAK İdarə Heyətinin sədri, Türkman Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu, İraqda İŞİD terror təşkilatı tərəfindən törədilən dəhşətli faciələr barədə məlumat verib. O  ildirib ki  Azərbaycanda türkmanların taleyinin müzakirəyə çıxarılması müsbət addımdır: “Bizə çox ağır zülmlər edirlər. Biz bütün Türk dünyasına səslənərək, bizə sahib olmalarını istəyirik. Türk dünyası niyə bizim yanımızda deyillər, niyə yaralılarımıza sahib çıxmırlar? Qadınlarımızı əsir alaraq, namuslarına toxunurlar, övladlarımıı qətlə yetirirlər. Biz bütün beynəlxalq təşkilatlarına üzümüzü tutaraq, niyə səslərini çıxartmamalırını soruşuruq. Xristianın, ərəbin, yəhudinin yanındadırlar, amma bizim yanımızda heç kim yoxdur. 20 min insane hazırda təhlükə və əsarət altındadırlar. Bir gün ərzində nə qədər insan öldürürlər. İraqda baş verən vəhşiliklər və faciələr heç bir ölkədə baş vermir. İstəyirik ki, türk dövlətləri və xüsuslə də Azərbaycandan bizim yanımızda durmalarını istəyirik”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







21 Avqust, 2014  11:58 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner