Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Qurban Qurbanov iddialı danışdı

"Tvente" bizim üçün tanış rəqibdir. Onlarla oynamışıq və uduzmuşuq. Son oyunlarına baxmışam. Dəyişiklik çoxdur. Çoxlu gənc futbolçuları var. Bu görüşə ciddi yanaşırıq. Çalışacağıq ki, az səhv edək, əlimizə düşəcək fürsətlərdən maksimum yararlanaq. Maraqlı oyun olacaq".

Simsar.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı sabah "Tvente" ilə baş tutacaq oyundan əvvəl mətbuat konfransı keçirib: "Çalışmalıyıq ki, daha az səhv edək və şanslarımızdan maksimum yararlanaq. Maksim Medvedevin durumu hələ bilinmir. Sabah buna aydınlıq gələcək. “Tvente”nin o vaxtkından zəif olması ilə bağlı səslənən fikirlər sizi yanıltmasın. Sadəcə, komandanın fəlsəfəsi dəyişib. İndi tam başqa sistemdə oynayırlar. Ümumiyyətlə, Avropada zəif komanda axtarmaq lazım deyil. Çünki burda komandalar daim inkişaf edir. Biz sadəcə rəqibi daha yaxşı analiz etməliyik. O vaxtkı “Qarabağ”da cəmi 1 legionerimiz - Admir Teli var idi. Qalanları gənc yerli futbolçular idi. İndi isə təcrübəli legionerlərimiz var".

Qurbanov "Zalsburq"la ilk oyunlardakı qırmızı vərəqələrə görə çox əziyyət çəkdiniz və Çempionlar Liqasından kənarda qaldınız. Buna görə oyunçularınızla xüsusi söhbət etmisiniz?" sualına belə cavab verib: "Danışmışam. Onlar özləri də başa düşürlər ki, belə etmək olmaz. Müəyyən epizodlar konsentrasiyanı itirirdik. Bu oyunda daha diqqətli olmalıyıq".

Qurbanov meydançanın durumundan razı qalmayıb: “Açığı, meydançanın durumundan razı qalmadım. Amma hər iki komanda üçün eyni durum olacaq. Meydançanı daha yaxşı hazırlamaq olardı”.

"Qarabağ"ın idman direktoru hollandiyalı Con van Leondur. Bəs görəsən o, Qurbanova kömək edibmi?

"Ondan kömək istəməyim düzgün olmazdı. Van Loendən heç bir şey soruşmadım. Rəqib haqqında o qədər məlumat toplamaq üçün vasitə var ki, idman direktorumuzdan nəsə öyrənməyi düzgün saymadım. Mən də hansısa xarici ölkədə işləsəm, doğma ölkəmin komandası haqqında məlumat verməməyə çalışaram. Bu üzdən ona müraciət etməyə ehtiyac duymadıq", - deyə baş məşqçi bildirib.







20 Avqust, 2014  21:25 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner