Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Facebook”u məhkəməyə verdilər

İddialar əsaslı sayılsa sosial şəbəkə ümumilikdə 1, 25 milyon avro ödəyəcək.

İyirmi min Avropa sakini “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, dörd gün ərzində iddia müəllifi avstriyalı Maks Şrems öz ətrafında 20 min həmfikirini toplamağa nail olub. Simsar.az xəbər verir ki, o, ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin fərdi məlumatlarının mühafizəsi haqqında qanunları pozmaqda ittiham edir. Məhkəmə iddiasında həmçinin qeyd olunur ki, şəbəkə istifadəçiləri gizlicə öyrənir, eləcə də onların internetdə hansı saytlara daxil olmasını izləyir. İddiaçının fikrincə, bu məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinə “PRISM” proqramı çərçivəsində ötürülə bilər.

Qaldırılan iddia “Facebook”dan məhkəmə yolu ilə böyük məbləğdə kompensasiyanın alınması məqsədini güdmür və şirkəti xüsusi xidmət orqanları üçün fərdi məlumatlara çıxış qaydalarına yenidən baxmağa və informasiya mühafizəsi haqqında Avropa qanunlarına uyğun öz siyasətini dəyişməyə sövq etməyə yönəlib. Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarsa, on minlərlə iddiaçının hər biri 500 avro məbləğində kompensasiya alacaq ki, bunun da 20 faizini hüquqi xərclər təşkil edəcək. M.Şremsin özü isə iddianın nəticələrinə əsasən kompensasiya almayacaq.

Həmçinin məhkəmə iddialarını qanuni hesab etsə, “Facebook” onlara ümumilikdə 1,25 milyon avro ödəməli olacaq. Digər tərəfdən, sosial şəbəkə hüquqşünasları Avropada istifadəçilərin fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni yoluna qoymalıdırlar

 

Simsar.az







20 Avqust, 2014  19:41 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner