Böyük Britaniyanın Svansi şəhərində paralimpiyaçılar arasında atletika üzrə Avropa çempionatı keçirilir.
Simsar.az xəbər verir ki, avqustun 20-də Azərbaycan Milli Paralimpiya Komitəsinin atleti Oloxan Musayev disk atma yarışlarında 41,63 metr nəticə göstərərək qızıl medal qazanıb.
Yarışda milli komandamızın 5 üzvü iştirak edir. Çempionata qatılmış digər idmançılarımızdan Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medala sahib olublar.