Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sağlamlıq imkanları məhdud gənclərin əl işləri sərgilənəcək

Avqustun 20-də Filarmoniya bağında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə sağlamlıq imkanları məhdud gənclərin “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusunda rəsm və əl işləri sərgisi keçirilir.

Sərginin məqsədi fiziki məhdudiyyətli gənclərin bacarıqlarını nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, layihə iştirakçısı olan gənclərdə stimul yaratmaqdır.

Satışdan əldə edilən vəsait fiziki məhdudiyyətli gənclərə qismən yardımçı olmaq məqsədilə onlara təqdim ediləcək.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hazırlıq keçən gənclər öz xəyallarındakı reallıqları, fikirlərində qurduqları gələcəklərini əl işləri, rəsmlər, düzəltdikləri ağac üzərində oyma nümunələri vasitəsilə sərgiyə maraq göstərən hər kəslə bölüşürlər. Onlar sərgilənən əl işləri ilə digər insanlardan heç də fərqlənmədiklərini sübut edir, eyni zamanda özlərinin tək deyil, gələcəyə və bu günə lazımlı şəxslər olduqlarını duyurlar.

 

AzərTAc






20 Avqust, 2014  18:14 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner