Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müxalifətçilər yenə küçələrə çıxacaq

İctimai palatada qərar qəbul edilib

Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçiriblər.

APA-nın xəbərinə görə, KŞ üzvü, KXCP təmsilçisi Ədalət Yusifov bildirib ki, şuranın aprelin 2-3-də toplantısı keçirilib. Orada qərara alınıb ki, İP-in növbəti sessiyası aprelin 9-da keçirilsin. Sessiyada İP-in növbəti mitinqinin aprelin 16-da keçirilməsi məqsədəuyğun sayılıb.

Qeyd olunub ki, bununla bağlı qəbul olunan qərar təsdiqlənmək üçün aprelin 9-da İP-in sessiyasında müzakirəyə çıxarılacaq.

Tədbirdə aprelin 2-də keçirilən aksiya və ondan əvvəl saxlanılan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması qərara alınıb. Komitəyə Vidadi Mirkamalın rəhbərlik edəcəyi bildirilib.

Mətbuat konfransında çıxış edən Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli aprelin 2-də keçirilən aksiyanın baş tutmuş olduğunu bildiriblər.






4 Aprel, 2011  16:13 Baxılıb: 1289 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner