Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yığmamız bu heyətlə oynayacaq

Azərbaycan yığmasının bu gün Özbəkistanla keçirəcəyi yoldaşlıq oyunu üçün start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts mayın 28-də ABŞ-la keçirilmiş matçla müqayisədə bəzi dəyişikliklərə əl atıb.

Ümumilikdə, ilk “11-lik”də 4 futbolçu dəyişikliyi nəzərə çarpır.

“Çərçivə”də Səlahət Ağayevə şans verən Foqts Kamran Ağayevə əvəzolunmaz olmadığını göstərib. Milli ilə müqayisədə klublarda o qədər də sabit çıxış etməyən Ağayev son vaxtlar zədədən də əziyyət çəkirdi. Bütün bunlar da baş məşqçinin seçiminə təsir edib.

Müdafiənin mərkəzində Ruslan Abışovla Rasim Ramaldanov qərarlaşacaq. Yeni mövsümdə “Xəzər Lənkəran”ın heyətinə düşməkdə çətinlik çəkən Ramaldanovun start heyətində yer almasını gözlənilməz saymaq olmaz.

Hər halda, bu cütlük də, müdafiənin cinahlarında yer alacaq komandanın kapitanı Mahir Şükürovla Ufuk Budak da ABŞ-la görüşə də ilk dəqiqələrdən başlamışdı. Amma həmin oyunda Abışov dayaq yarımmüdafiəçisi kimi çıxış etmiş, arxada isə Elvin Yunuszadə yer almışdı.

3 ay əvvəlki oyunda yarımmüdafiə xəttində yer alanlardan yalnız Vaqif Cavadov öz yerində mübarizə aparacaq. Qara Qarayev Elvin Yunuszadə kimi klubu Avropa Liqasında oynadığından, Abdulla Abatsiyev isə ehtiyatda qaldığından meydanda olmayacaq.

Əvəzində “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev yenidən start heyətində çıxış edəcək. Dmitri Nazarovla Tuğrul Erat da bu dəfə “11-liy”ə düşməyi bacarıb.

Hücum xəttində neçə vaxtdır dəyişməz qalan cütlük mübarizə aparacaq. Belə ki, Foqts ön xətdə yenə Rauf Əliyevlə Rüfət Dadaşova ümid bəsləyəcək.






20 Avqust, 2014  15:38 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner