Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Gənclərlə bağlı yanlış fikirlərə son qoyulmalıdır”

Ceyhun Osmanlı: “İnkişafımızı gözü götürməyən qüvvələrə alət olanlar var”

“Gənclərimizi xaricdə təhsil alan və ya almayan deyə qruplara bölüb parçalamaq lazım deyil. Bizim üçün hər iki kateqoriyaya aid olan gənclərimiz çox əzizdir. İnkişafımız üçün hər bir insanımızın potensialından istifadə etməliyik. İstənilən gəncin siyasətlə məşğul olması normaldır. Amma unutmamalıyıq ki, Azərbaycanda yaş həddi imkan verənlərin yalnız 10 faizi partiya üzvüdür. Elektoratın təxminən 90 faizi heç bir partiyanın üzvü deyil. Demək ki, çoxluq neytral mövqeli insanlardır. Ona görə də bir qrupun siyasi mövqeyini çoxluğa aid etmək düzgün deyil”.

Bunu “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlının APA-ya müsahibəsində bildirib.

C.Osmanlı həmçinin qeyd edib ki, xaricdən gələn təsirlərlə xaricdə təhsil alan gənclər tamam ayrı anlayışlardır: “Xaricdən gələn bütün təsirlərin də mənfi olduğunu söyləmək olmaz. Məsələn, əgər xaricdən elmi inkişaf, texnoloji inkişaf, keyfiyyətli təhsil, tibb, rabitə, informasiya texnologiyaları, “know how” və s. inkişafa xidmət edən cərəyanlar gəlirsə, bunun nəyi pisdir ki?”.

C.Osmanlı bildirib ki, inkişafımızı gözü götürməyən xarici ölkələr və onlara dəstək göstərən, və ya özü də fərqinə varmadan belə qüvvələrə alət olanlar var: “Mən təəssüf edirəm ki, bəzi müxalif partiyalar, radikal şəkildə qütbləşmiş qruplar və media nümayəndələri əsassız olaraq xaricdəki gənclərimizin adını hallandırırlar. Qətiyyətlə deyirəm ki, xaricdə təhsil alan gənclərlə bağlı yanlış fikirlərə son qoyulmalıdır”.

RAMİL






4 Aprel, 2011  15:49 Baxılıb: 1345 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner