Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 3-də saat 15.40-dan 16.00-dək və 23.45-dən 23.55-dək Tərtər rayonunun Qızıloba və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.