Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək “5G” rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir.
Simsar.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu yeniliyin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində tətbiqi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci ilin maliyyə büdcəsinə daxil ediləcək.
Bu ilin sonunadək bu məqsədlə hər iki nazirliyin, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətlərinin, mobil operatorların və elektronika istehsalçılarının nümayəndələrindən ibarət xüsusi şuranın yaradılması planlaşdırılır.
Günel
DİGƏR XƏBƏRLƏR