Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DİN və Baş Prokurorluq mitinq barədə açıqlama yaydı

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd etdiyi etiraz aksiyası ilə bağlı məlumat yayıb

Simsar.az-a daxil olan məlumatda bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar aprelin 2-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. 

Müraciətə baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbayjan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən, ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərləri - Əli Kərimli və İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunublar.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları aprelin 2-də saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın “Fəvvarələr” meydanına daxil olmağa cəhd göstəriblər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyərək ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədiblər. Bu hüquqazidd hərəkətlər zamanı “Fəvvarələr” meydanında və ona yaxın ərazilərdə yerləşən bir sıra müəssisə, idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulub. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən, polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb.

Xidməti vəzifələrini yerinə yetirən polisin qanunsuzluqlara son qoyulması barədə təkrarən səsləndirdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoyulmayaraq onlara qarşı zor tətbiq edilməklə müqavimət göstərilib. Nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb, bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi polis orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.

Fakt üzrə Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.






3 Aprel, 2011  00:16 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner