Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternetdə nəzarətə son qoyulur – YENİLİK

“PGP” proqramının müəllifi Filipp Zimmerman “Casus cəmiyyəti” uğursuzluğa düçar olacaq”

“Müxtəlif ölkələrin hökumətlərinin vətəndaşları izləmə sistemlərini inkişaf etdirmək arzusu, həmçinin insanların azad informasiyaya girişini məhdudlaşdırmaq cəhdi uğursuzluqla nəticələnəcək”. Simsar.az xəbər verir ki, məlumatların şifrələnməsi üçün “PGP” proqramının müəllifi Filipp Zimmerman öz çıxışında  belə deyib.

Las-Veqasda keçirilmiş “Defcon 22” konfransında çıxış etmiş Zimmerman qeyd edib ki, müasir dünyada texnologiya sürətlə inkişaf edir və hakimiyyət tərəfindən istənilən qadağa və ya məhdudiyyət artıq mövcuddur.  Yaxın gələcəkdə tətbiq ediləcək “kilidaçan” tətbiq sayəsində bu qadağa əhəmiyyətini itirəcək”.

Bundan başqa, o, öz əminliyi ifadə edib ki, cəmiyyətə nəzarət sistemləri yaratmağı arzulayan ölkələrin xüsusi xidmət orqanları bu işin öhdəsindən gələ bilməyəcək.

Zimmerman  əlavə edib ki, Edvard Snoudenin fəaliyyəti müasir İT bazarının inkişafında yeni mərhələdir. Hazırda daha çox müəssisə öz məlumat və kommunikasiya sistemlərinin təhlükəsizliyinə diqqət yetirir.

Ekspert həmçinin deyib ki, hazırda İT sahəsində yeni şirkət tipi – “təhlükəsiz həllər tədarükçüsü” yaranıb.  Zimmermanın sözlərinə görə, əgər 4-5 il bundan əvvəl istehlakçıya belə həllərin zəruriliyini sübut etmək lazım idisə, indi buna ehtiyac yoxdur .

Vüsal Qarayev







12 Avqust, 2014  09:47 Baxılıb: 1133 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner