Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Belə film göstərməzlər

Mədəniyyət nazirin müavini televiziyada səsləndi

Bu gün Mədəniyyət və Turizm Nazirliyində Kinematoqrafiya şöbəsinin əməkdaşlarının dövlət və özəl televiziya kanallarının kino-proqram departamentlərinin rəhbərləri ilə görüşü keçirilib. 

Görüş nazir müavini Ədalət Vəliyevin rəhbərliyi altında baş tutub.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, görüşdə televiziya kanallarında nümayiş etdirilən filmlərin Dövlət reyestrində qeydə alınması, eyni zamanda, xarici filmlərin tərcüməsi, səsləndirilməsi və Azərbaycan dilinin normalarının qorunması sahəsində mövcud vəziyyət ciddi müzakirə olunub. Nazir müavini Ədalət Vəliyev televiziya kanallarında göstərilən filmlərin bəzi hallarda qeydə alınmadan və müvafiq yayım vəsiqəsi əldə etmədən efirə çıxarılmasının yolverilməz olduğunu bildirib və televiziya kanallarının təmsilçilərinə iradını çatdırıb.

Müzakirə zamanı qeyd olunub ki, bəzən filmlərin dünya premyerasından dərhal sonra bəzi televiziya kanallarında nümayiş olunması ciddi qanun pozuntusudur. Belə halların qanunvericiliyin tələblərini pozmaqla yanaşı, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü yolunda ciddi maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə xarici filmlərin tərcüməsi və dublyajında, səsləndirilməsi sahəsində də ciddi qüsurların mövcudluğunun tamaşaçıların haqlı narazılığına səbəb olduğu vurğulanıb. Bu sahəyə də diqqətin artırılması xüsusi qeyd olunaraq, bu işə peşəkar tərcüməçilərin, aktyorların cəlb olunması tövsiyə edilib. O da bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə ölkədəki bütün kinoteatrlar iyul ayının 15-dən etibarən filmləri dövlət dilində nümayiş etdirməlidirlər.

Tədbirin yekununda televiziya kanallarının müzakirə olunan məsələlərlə əlaqədar nazirliyin müvafiq strukturları ilə daha sıx əməkdaşlıq etməsi barədə razılıq əldə olunub.






1 Aprel, 2011  21:45 Baxılıb: 1603 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner