Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ağrını almadım, meşəbəyi

Masallı meşəsi bəysiz qaldı

Meşəbəyi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib, meşə gözətçisi barəsində inzibati tənbeh tədbiri görülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 və 8 saylı dolaylarının ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş şikayət məktubları nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin elektron poçt ünvanına İbad Yusubov adından daxil olmuş Masallı rayonu Qəriblər kəndi ətrafındakı meşənin gözətçisi Yaşar Məlikov tərəfindən ağacların qanunsuz kəsilməsi barədə şikayət məktubu araşdırılan zaman Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 8 saylı dolayının ərazisində 85,73 m3 həcmində 68 ədəd müxtəlif cinsli ağacların (vələs, palıd, fıstıq və ağcaqayın) qanunsuz kəsilərək aparıldığı aşkar edilib.


Nazirliyin əməkdaşlarının başqa bir şikayətlə bağlı Qəriblər meşəbəyliyinin 2 saylı dolayına baxış keçirdikləri zaman həmin ərazidə 6,69 m3 həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyənləşdirilib. Aşkar olunmuş faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunub, meşəbəyi Oqtay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülüb. Təbiətə dəymiş ziyan meşə gözətçiləri Adil Mirzəyev və Yaşar Məlikov tərəfindən ödənilib.

Hazırda həmin ərazilər nəzarətə götürülüb.






1 Aprel, 2011  19:34 Baxılıb: 1534 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner