Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ səfirliyi hazırkı vəziyyətdən narahatdır

"Hökuməti Azərbaycan Konstitusiyasında təsbit olunmuş söz və sərbəst toplaşma azadlığı hüquqlarını reallaşdırmağa çağırırıq!

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi martın 30-dan başlayaraq müxalifətçilərin həbsinə münasibətini açıqlayıb. Səfirlik 2 aprel tarixində mitinq keçirməyi planlaşdıran qrupla əlaqədar olan şəxslərin saxlanılması ilə bağlı öz narahatlığını bildirir. Səfirliyin mətbuat katibi Keith Bean AzadlıqRadiosunun suallarına cavab olaraq deyib ki, həmin şəxslərin bu həftə saxlanılması və həbs olunması təsadüfi görünmür. Əksinə, onların planlaşdırılmış mitinqdə iştirakının qarşısını almaq və ya digərlərinin iştirakdan çəkindirmək üçün saxlanıldığı görünür.  

«Qanuni söz azadlığı, o cümlədən, ictimai etirazlar demokratik cəmiyyətin təməlidir. Azərbaycan demokratik təsisatların gücləndirilməsinə doğru addım atdığı bir vaxtda, biz hökuməti Azərbaycan Konstitusiyasında təsbit olunmuş söz və sərbəst toplaşma azadlığı hüquqlarını reallaşdırmağa çağırırıq».






1 Aprel, 2011  19:10 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner