Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc mühəndislər BƏYƏNAT yaydılar

Onlar vətənin müdafiəsinə hazırdırlar

Son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca sərhədlərimizi keçməyə cəhd etməsi, bütün xalqımız kimi “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi və onun üzvlərinin də dərin kədərinə səbəb olub.

Simsar.az xəbər verir ki, bu barədə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin yaydığı bəyanatda qeyd edilir.

Bəyanatda bildirilir ki, gənc mühəndislər, dünyada gedən prosesləri diqqətlə izlələyir və Azərbaycan dövlətinin, onun başçısı Cənab İlham Əliyevin sülhməramlı niyyətlərini alqışlayır!: “Biz öz dövlətimizə, öz liderimizə inanır və bir ictimai təşkilat olaraq Vətənimizin azadlığı uğrunda öz köməyimizi etməyə hazır olduğumuzu bəyan edirik! Biz dövlətimizin, ölkəmizin inkişafı, torpaqlarımızın düşmən işğalından azad edilməsi, insan ölumlərinin dayandırılması və sülhün bərqərar olunması sahələrində aparılan siyasəti dəstəkləyirik!”

Bəyanatda, müharibədə müdafiə istehkamları, ərazidə oriyentirləmənin üsulları, istifadə olunan texniki alətlər, mexanika bilikləri, planalma üsulları, topoqrafik xəritələr, informasiya-kommunikasiya texnologiyaları ilə işləmə bacarığı və s. bu kimi texniki bilik tələb edən məsələlərin həllində mühəndislik və texniki bacarığın əvəzedilməz rolundan söz açılır: “Müasir dövrdə bu, həm də qələbəni şərtləndirən amillərdəndir. Biz ilk azərbaycanlı hərbi topoqraf, sonralar hərbi nazir olmuş general İbrahim Ağa Vəkilovun, polkovnik Məmməd bəy Əliyevin hərbi topoqrafiya sahəsindəki xidmətlərini ehtiramla xatırlayırıq. Biz mühəndisik, qəlbimiz qurub-yaratmaq arzuları ilə coşub-daşır. Amma qurub-yaratdıqlarını qoruya bilməyəcəksənsə, bir guşədaşı qoymağa dəyməz. Bir guşədaşı qoymayacaqsansa, onu da qorumağa dəyməz”.

Bəyənatın sonunda gənc mühındislər dünyaya mürciət edirək, dünyanı Ermənistana etraza çağırırlar: “Biz bu bəyanatı verməklə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi dünyanın bütün tərəqqipərvər bəşəriyyətinə, bütün beynəlxalq təşkilatlara, QHT və media qurumlarına müraciət edir, bütün beynəlxalq təbdirlərdə işğalçı siyasəti yeritdiyinə və regionda sabitliyi pozduğuna, habelə dünyanın sülh niyyətlərinə zidd addımlar atdığına görə etiraz səslərini bildirməyə, Ermənistan dövlətinə qarşı mədəni-iqtisadi sanksiyaların tətbiq olunmasına çağırırıq!”.

Vüsal Qarayev







7 Avqust, 2014  14:44 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner