Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“YAXŞI Kİ, YOLUN ƏVVƏLİNDƏ DAR AĞACI VARDI”

Rüstəm Behrudi: “İndiki nəslin yazdıqları böyük ədəbiyyata çevriləcək”

“Şeiri sevməyənlər uzunqulaqlardı, bir də Amerika Birləşmiş Ştatlarının Senatındakı Senatorlar”

Simsar.az müxtəlif mətbuat qurumlarında çalışan jurnalistlərin suallarını bu dəfə şair Rüstəm Behrudiyə ünvanladı.  

- Media Mərkəzinin əməkdaşı Seymur Kazımov: Poeziyanı sevməyənlərə munasibətiniz necədir?
- Poeziyanı sevməyən insan deyil. Bernard Şou deyir ki, şeiri sevməyənlər uzunqulaqlardı, bir də Amerika Birləşmiş Ştatlarının Senatındakı Senatorlar. Şeiri, poeziyanı necə sevməmək olar?.. İnsan ruhunu şeirdə ifadə edir, insan nədirsə, bu, şeirdə ehtiva olunur. Hər bir insan həyatının hansısa anında mütləq şeir yazıb.
- APA informasiya agentliyinın əməkdaşı Hafiz Heydərov: Şeirlərində “salam dar ağacı” deyib, hayqıran şair, özü həyatında nə vaxtsa dar ağacına müraciət edibmi?
-Azərbaycanda ilk inqilabi hərəkatın rəhbəri mən olmuşam. Yüz mindən çox adamı təkbaşına meydana aparmışam, onlara rəhbərlik etmişəm. O vaxtlar meydana getmək elə dar ağacına salam vermək idi. O salamı mən bu gün də verə bilərəm.
- “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid: “Ümumiyyətlə qəzet oxuyursuzmu, hansı intensivliklə və hansı qəzetləri oxuyursuz?”
- Qənimət bəy bilir ki, onun rəhbəri olduğu qəzeti oxuyuram, ona görə bu sualı verib. Oxuduğum qəzet ancaq “Azadlıq” və “Yeni Müsavat” qəzetidir.
- “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
Sərsəri məmləkət,
dəli məmləkət,
Sözü əsir düşüb dili ucunda.
Özgə kəfənində ölü məmləkət -
Ruhu yırğalanır dar ağacında.....
Cəllad kötüyüdü, ya mey camıdı...
Qan damır kəsilmiş başdaşımızdan...
Üfiqdə Tanrının qətliamıdı -
Dan yeri qızarır göz yaşımızdan.

- Tanrım təksənsə, bəs niyə?
Hərə bir dinə sığınıb?
Heç bir kəs heç kəsdə deyil
Hər bir kəs özünə sığınıb. (R.Behrudi bu şeiri eksklüziv yazıb-A.H)
- Araşdırmaçı jurnalist Nicat Dağlar: “Rüstəm Behrudi poeziyasında Tanrı qüdrətinin, yoxsa İblis əməllərinin elementləri daha çoxdu?
- Şeirlərimdə Tanrı və İblisin əməlləri iç-içədir. Mənə elə gəlir ki, Tanrı gücsüz olanda İblisin bər-bəzəkli arabası möhtəşəm görsənir. Tanrı güclü olanda isə İblis də, o araba da gözə dəymir. Bəzən isə şairlər bər-bəzəyə aldanıb, o arabaya oturub getmək istəyirlər. Ağıllı və böyük adam odur ki, həmin arabanən cazibəsinə düşüb, ona əyləşməsin.
- “Şərq” qəzetinin müxbiri Seymur Qasımbəyli: Bu gün Azərbaycan dəmyə ədəbiyyatı nə yetişdirir?
-Dəmyə ədəbiyyatı bilirsizmi nə deməkdi? Dəmyə səhraya deyilir, ot bitməyən yerdi. Bizim bəyənib- bəyənməməyimizdən asılı olmayaraq, gün gələcək, indiki nəsl gənclərinin yazdıqları, onların yaratdığı da böyük ədəbiyyata çevriləcək. Bədgüman olmaq lazım deyil. Məni tənqid edə bilərlər, hətta onlar haqqımda ağızlarına gələni də yaza bilərlər, ancaq bu, əsas vermir ki, həmin gənclərin yaza bilmədiyini idiia edək. Onların yaratdığı da ədəbiyyatdı axı. Azərbaycan ədəbiyyatı laxta ədəbiyyat deyil.
- “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: "Dar ağacı"ndan "Qırmızı alma çiçəkləri"nə qədər yol gəlmək çətin olmadı ki?..
- Bütün həyatım "Dar ağacı"ndan "Qırmızı alma çiçəkləri"nə qədər gələn yoldan başqa heçnə deyil. Çox şükür ki, o qırmızı alma çiçəkləri də var idi və nə yaxşı ki, o yolun əvvəlində dar ağacı da var idi. Dar ağacı haqqında düşünməyən adam, qırmızı alma çiçəklərinə qədər gəlib çıxa bilməzdi.
- ”Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: Çox vaxt “Behrud” şirkətinin rəhbəri olduğunuzu Sizə irad tuturlar. Nə cavab verirsiz onlara?
- Şair səfil yaşaya bilməz. Ancaq “Behrud” şirkətinin mənə heç bir aidiyyatı yoxdur. Bu şirkət qardaşlarımındı. Onlar neyləsin ki, mənim qardaşımdılar və belə bir şirkətləri var... Buna görə məni niyə ittiham edirlər, anlamıram. Hələ bu nədi ki, yazmışdılar ki, guya mənim 20-dən çox şirkətim var, milyarderəm... Nə çox yaxşı yaşayıram, nə də çox pis, normal və sakit yaşayıram.
-"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli: Rüstəm Behrudi niyə yeni siyasi, tənqidi ruhlu şerlər yazmır?
- Şair içindən nə gəlirsə, onu yazmalıdır. Şair Allaha müxalif olmasaydı, gedib yol çəkərdi, dərzi olardı, ayaqqabı tikərdi, mühəndislik edərdi... Şair həmişə müxalif olmalıdır. Ama şairlik tənqid etmək sənəti deyil. Ortada olan bu fərqi duya bildinsə, şairsən demək.
-Simsar.az saytının əməkdaşı Aynurə Həsənova: Ərəb inqilablarından çıxış edərək “Azərbaycanda da inqilab gözlənilirmi” sualına şair fəhminizlə cavab istərdim.
- Bu cavabım bəlkə də inqilabın olacağını gözləyən adamlara xoş gəlməyəcək, amma Azərbaycanda inqilab gözlənilmir. Bizi ərəblərlə müqayisə etmək düzgün deyil, çünki biz onlardan yüz il qabaqdayıq. Necə ki, Avropa 100 il bizdən öndədi. Qan tökmək düzgün yol deyil, bir halda ki, bu cür müstəqil ölkəmiz var, onun yolunda canımızı qoymuşuq, bayrağımızı qaldırmaq üçün yüzlərlə, minlərlə şəhid vermişik, şəxsən mən bir neçə dəfə həbsdə yatmışam, təqib olunmuşam, nəticədə belə bir dövlət yaratmışıq və bunu qoruyub saxlamalıyıq. Təbii ki, öz haqqımızı müdafiə etməklə. Azərbaycanda korrupsiyanı, rüşvətxorluq hallarını aradan qaldıra bilsək, inqilablara da, dar ağaclarına da ehtiyac qalmayacaq.

P.S. Müsahibə zamanı hiss etdim ki, şair barəsindəki dedi-qodulardan çox yorulub. Ondan soruşdum: “Olarmı qaranızca danışanlara oxucularınız cavab versin? Desinlər ki, şairi rahat buraxın, bu məmləkətdə azmı şair asılıb dara ağacından?..”
Şair yumşaq təbəssümlə üzümə baxdı və pıçıldadı: “Bu, çox yaxşı olardı”.



Aynurə Həsənova






1 Aprel, 2011  14:43 Baxılıb: 2629 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner