Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rüşvət alarkən tutuldu

Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Bərşad Mahmudov həbs edildi

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.


Məlumata görə, vətəndaş İlqar İsmayılovun, anası Hicran İsmayılovaya xidməti yaşayış sahəsi kimi verilmiş mənzilin özəlləşdirilməsinə kömək etmək məqsədi ilə ondan 3 min manat rüşvət tələb edilməsi barədə martın 29-da “Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciəti üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunub. Belə ki, Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Bərşad Mahmudov həmin sahənin xidməti ərazisində C.Məmmədquluzadə küçəsi 11 saylı ünvanda yerləşən xidməti mənzilin 3 min manat müqabilində Hicran İsmayılovanın adına özəlləşdirilməsini təşkil etmək barədə İlqar İsmayılovla əvvəlcədən razılığa gələrək, pulun bir hissəsini qabaqcadan almağı planlaşdırıb.

Bərşad Mahmudov martın 29-da Bakı şəhərində, idarə etdiyi “Mercedes-Benz” markalı 10 SZ 063 dövlət qeydiyyat nişanlı avtomaşının salonunda İlqar İsmayılovla görüşərək ondan 1.600 manat rüşvət alarkən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməlinə görə Bərşad Mahmudova qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






1 Aprel, 2011  03:53 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner