Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın 3 böyük stadionunda təmir işlərinə başlanılır

Yaxın günlərdə ölkənin 3 stadionunda ot örtüyünün təmirinə başlanılacaq

Simsar.az-ın məlumatına görə, həmin arenalar Tofiq Bəhramov adına Respublika, Lənkəran şəhər mərkəzi və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarıdır. 

Təmir işləri Bolqarıstanın “Bayk Plus Ltd” şirkəti tərəfindən həyata keçiriləcək. Şirkətin rəhbəri Borislav Kolev Lent.az-a açıqlamasında Respublika stadionunda təmir işlərinə aprelin 4-də başlayacaqlarını bildirib. Onun sözlərinə görə, təmir işləri meydançanın ot örtüyünə qulluğun göstərilməsindən ibarət olacaq. Bu məqsədlə qazona xaricdən gətirilmiş dərmanlar, toxumlar və gübrələr səpiləcək. İki ayadək davam edəcək təmir işləri müddətində meydançada oyunlar keçirmək də mümkün olacaq. Kolev bildirib ki, çoxlu oyun keçirildiyindən, mərkəzi arena həddindən artıq yüklənib: “Sonuncu dəfə bu arenanın ot örtüyünə 2002-ci ildə xüsusi qulluq göstərilib. Ot örtüyünə qulluq prosesində heç bir səhvə yol verilməyib. Yəqin ki, meydançada artıq yüklənmələr olub”.

Şirkət rəhbəri iyunun 7-də Azərbaycan yığmasının Bakıda Almaniya ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçınadək stadionun hazır olacağını vurğulayıb: “Elə edəcəyik ki, yığmamız və Avropa kuboklarında çıxış edəcək klublarımız ot örtüyü sarıdan heç bir çətinliklə üzləşməsin”.






31 Mart, 2011  21:21 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner