Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Taxıl istehsalı arta bilər

Hava şəraiti əlverişli olarsa, bu il Azərbaycanda 2,5 milyon taxıl istehsal olunacaq

Bu il Azərbaycanda taxıl tədarükünün 2,5 milyon tona çatacağı gözlənilir. Bu gözləntinin özünü doğruldub-doğrultmayacağı aprel-may aylarında ölkə ərazisində hava şəraitindən asılı olacaq. 

Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-az bildiriblər ki, ötən ilin yaz aylarında baş verən daşqınlarla əlaqədar taxıl istehsalı bir qədər aşağı düşmüşdü. Belə ki, 2010-cu ildə Azərbaycanda taxıl istehsalı 2 milyon tonadək azalmışdı. Bu il isə həyata keçirilən aqrotexniki tədbirlər taxıl istehsalının ötən illə müqayisədə təxminən 0,5 milyon ton artırmağa imkan verir. Taxılda mayalanma dövründə, yəni aprel-may yarım hava şəraiti əlverişli keçəcəyi təqdirdə bu gözləntilərin reallaşma ehtimalı yüksək olacaq.

Nazirlikdə bildirirlər ki, artıq regionlarda yaz-tarla işləri sürətlənib. Həmçinin təsərrüfatla məşğul olan qüvvələr, o cümlədən istehsalçılar taxıl zəmilərində aqrotexniki qulluğun göstərilməsinə səfərbər olunub. Məqsəd taxıl zəmilərində keyfiyyətli məhsul yetişdirməklə yanaşı məhsuldarlığı da artırmaqdır.






31 Mart, 2011  20:40 Baxılıb: 1573 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43

sagbanner