Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HANSI ƏSƏRLƏR ONLUĞA DÜŞDÜ

MKM müsabiqənin ikinci mərhələsinin nəticələrini elan etdi 

Bu gün Milli Kitab Mükafatının onluğu elan olunub. MKM-ə təqdim olunan 112 əsərdən 10 ən yaxşı əsərin və onların müəlliflərinin adları açıqlanıb.
Tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri və yazıçılar iştirak edib.


Milli Kitab Mükafatının onluğu:

Azər Abdulla. Sarı Tağ (roman)
Aslan Quliyev. Sonuncu (roman)
Etimad Başkeçid. Kenterberri (hekayələr silsiləsi)
Mirmehdi Ağaoğlu. Küləyi dişləyən (povest)
Məqsəd Nur. Şəhər meri (roman)
Natiq Rəsulzadə. Xunxarlar (roman)
Natella Osmanlı. Mən axmağam (roman)
Nəriman Əbdulrəhmanlı. Yolsuz (roman)
Paşa Qəlbinur. Qara su (roman)
Pərviz. Yad dildə (roman)


Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildilər.
Münsiflərin səsverməyi ilə parallel, www.mkm.az saytında onluğa düşən hər əsərdən bir parça yerləşdiriləcək və oxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq.
Birinci yerin qalibi üç min, İkinci yerin iki min, Üçüncü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika səfirliyi tərəfindən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə ayrıca 1000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları mayın 31-də açıqlanacaq.

Aynurə Həsənova






31 Mart, 2011  20:05 Baxılıb: 1746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner